Fəthullah Gülən Xocaəfəndinin əsərləri İndoneziya dilinə tərcümə edildi
Fəthullah Gülən Xocaəfəndinin əsərlərinin müxtəlif dillərə tərcümə edilməsi davam edir. İndiyə qədər 36 dilə tərcümə edilən əsərlər İndoneziya dilinə də çevirildi.
İndoneziya dili Fəthullah Gülən Xocaəfəndinin əsərlərinin müxtəlif dillərə tərcümə edilməsi davam edir. İndiyə qədər 36 dilə tərcümə edilən əsərlər İndoneziya dilinə də çevirildi.İndoneziya dilində çap olunan “Sonsuz Nur”, “İnancın Kölgəsində” və “Qəlbin Zümrüd Təpələri” adlı əsərlərdən sonra ötən aylarda “Qədər”, “İrşad Əksəni” və “Əsrin Gətirdiyi Tərəddüdlər” adlı kitablar işıq üzü gördü. Noyabr ayında isə “Qurandan İdraka Yansıyanlar” adlı kitabı satışa çıxarılacaq.
Bu yaxınlarda “Qaynaq Kültür Mərkəzi”nə baş çəkən “Republika Nəşriyyat Qrupu”nun baş redaktoru Tuku Çarol Visal (Teuku Chairul Wisal): "Fəthullah Gülən Xocaəfəndinin əsərlərinin İndoneziya xalqı üçün nə qədər əhəmiyyətli olduğunu anlayırıq. Bu əsərlərin tərcüməsini planlı şəkildə davam etdirəcəyik'' dedi.
Xocəfəndinin kitablarını nəşr edən Respublika Nəşriyyat Qrupu İndoneziyanın tanınmış media və nəşriyyat qurumudur. Respublika qəzetini də bu nəşriyyat qrupu sabiq president Bacharuddin Yusuf Həbibiyə tərəfindən qurulmuşdur. Nəşriyyat daha çox din və mədəniyyət mövzularında üstünlük verir.
- tarixində yaradılmışdır.