Fəthullah Güləndən Yapon xalqına başsağlığı və yardım
Tarixində ən böyük zəlzələ və sunami fəlakəti ilə üzləşən Yaponiya xalqına kömək məqsədi ilə “Kimsə Yoxmu” dərnəyinin başlatdığı yardım kampaniyasına Fəthullah Gülən Xocaəfəndi də dəstək verdi.
Xocaəfəndi kitab və vizual əsərlərinin gəlirindən Yaponiyalı zərərçəkənlərə 15 min dolları bağışladı. Yaponiyada baş verən 9 ballıq zəlzələdən sonra Tokio və Sendaiyə gedən Kimsə Yoxmu könüllüləri 9 nəfərlik ilk yardım heyəti ilə bölgədə yardım işlərini davam etdirir. Bölgəyə tibbi maska, qida, plaş kimi ilkyardım vəsaiti aparan dərnək nümayəndələri bölgədə təmiz su və qida problemi olduğuna diqqət çəkir. Kimsə Yoxmu Dərnəyinin Rəhbəri Mehmet Özkara zəlzələ və sunami fəlakətindən milyonlarla insanın zərər çəkdiyini və 1647 nəfər adamın öldüyünü söylədi. Özkara "Kocaeli zəlzələsində bizə ən çox yardım göndərən ölkələrin başında Yaponiya dayanırdı. Bu çətin günlərdə bir millət olaraq dost ölkə Yaponiyanın yanında olmalıyıq. Zaman vəfa zamanıdır" – dedi.
Fəthullah Güləndən başsağlığı
Tarix boyu həmişə dostluq əlaqələrimiz olan Yaponiyada baş vermiş dəhşətli zəlzələ və sunami hadisəsi hamımızı kədərləndirmiş, millətimizi dərindən yaralamışdır.
Çalışqan və əzmkar Yapon xalqının keçmişdə olduğu kimi, qısa vaxtda bu ağır günlərin də öhdəsindən gələcəyinə və yaralarını sarıyacağına tam inanıram.
Ölkəmizdə meydana gələn zəlzələ və sel fəlakətlərində millətimizə təmənnasız yardım əlini uzadan fədakar Yapon xalqına bu çətin vaxtda onlarla birlikdə olduğumuzu hiss etdirmək vəfanın və insanlığın tələbidir.
Millətimiz dünyanın müxtəlif bölgələrində meydana gələn faciəvi hadisələrdə zərərçəkənlərə yardım əli uzatdığı kimi Yapon xalqının da yardımına tələsəcək, həmişəki kimi öhdəsinə düşən vəzifəni layiqli yerinə yetirəcəkdir.
İnanıram ki, qədirbilən xalqımız Yapon xalqına həm dualarla, həm də maddi yardımla dəstək verəcək, yardımlarını uzaq diyarıb qəlbi sınıq insanlarına çatdıracaq.
Yapon xalqına səbri-cəmil diləyir, başsağlığımı bildirirəm.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.