Gülən İnstitutunun Nümunəvi Fəaliyyətləri
ABŞ-ın Texas əyalətinin Hyuston şəhərində yerləşən Gülən İnstitutunun ənənəvi ziyafət süfrəsinin növbəti qonağı, Sabiq Xarici İşlər və Maliyyə Naziri Ceyms Beykr oldu.
Hyuston Universiteti və Dinlərarası Dialoq İnstitutunun ortaq fəaliyyəti ilə qurulan Gülən İnstitutunun yığıncağına qatılan Beykr jurnalistlər, ictimaiyyət və din xadimlərindən ibarət 200-dən çox qonaq qarşısında nitq söylədi. İnsanların fərqliliklərə baxmayaraq, birlikdə sülh və əminamanlıq içində yaşamaq mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə Gülən İnstitutuna minnətdar olduğunu ifadə edən Beykr: "Müxtəlif din, dil və mədəniyyətlər arasındakı qarşılıqlı anlayışı inkişaf etdirmə yolunda aramsız çalışan Fəthullah Gülənin həyatından və etdiklərindən ilhamlanaraq fəaliyyət göstərən institutun bu şəkildə bütün insanlığa xidmət etdiyini düşünürəm", -dedi. Qarşılıqlı dini inanc və görüşlərə hörmət qlobal olaraq yayıla bilsə, dünyadakı mövcud problemlərin həllinin olduqca asanlaşacağını ifadə edən Beykr: "Məncə, məhz bu nöqtədə Gülən İnstitutu və onlarla birlikdə dinlərarası dialoq idealı üçün çalışanlar, həqiqətən, nümunəvi örnəkdirlər", -dedi.
Mənəvi dəyərlərin dünyada sülhü bərqərar etməkdə çox əhəmiyyətli rol oynayacağına inandığını qeyd edən Beykr, Gülən İnstitutunun dialoqla yanaşı dua kimi mənəvi dəyərləri ön plana çəkməsini təqdir etdiyini ifadə etdi. Beykr, daha sonra sözlərinə belə davam etdi: "Gülən İnstitutu, günümüzün kompleks dünyasında gərginliyi azaldacaq dua və dinlərarası dialoqa sahib çıxır. Mən öz təcrübəmlə öyrəndim ki, bu ziddiyətli dünyada dua etməklə istiqamətimizi tapma mövzusunda bir-birimizə kömək edə bilərik. Duanın fərdi bir tələbdən daha çox insanı inkişaf etdirən bir istiqamət olduğuna da inanıram. Əgər dua, səmimi insanlar arasında qarşılıqlı olarsa, ideal bir cəmiyyəti meydana gətirmə səyləri hədər olmayacaq. Bu səbəblə cəmiyyətin bir parçası olaraq aramızdakı dini fərqlərə baxmadan üzərimizə mənəvi məsuliyyətlər götürməliyik. Papa VI Paulun Birləşmiş Millətlər Təşkilatının bir yığıncağında dediyi kimi: "Dünyadakı problemlər o qədər böyükdür ki, bəlkə də, artıq dünya liderlərinin birlikdə dua etməyi öyrənmə vaxtı çatıb".
78 yaşlı Ceyms Beykr, Ronald Reyqan dövründə Ağ Evin baş katibi və Maliyyə Naziri idi. 1988-ci ildə prezident seçilən Corc H. Buş isə Beykri xarici işlər naziri təyin etdi. Beykr 1992-ci ilə qədər bu vəzifədə çalışıb. (Cavit Qarabağ, Hyuston)
- tarixində yaradılmışdır.