“Gülən” İnstitutunun Vaşinqtondakı iftar yeməyinə Konqressdən böyük maraq
Vaşinqtonda təşkil olunan "dostluq və dialoq iftarı"nda çıxış edənlər arasında Texas Millət vəkili Cin Grin də vardı.
Texas əyalətindəki "Hyuston Universiteti"nin nəzdində fəaliyyət göstərən "Gülən İnstitutu", Vaşinqton "Hyatt Regency" Otelində dörd ABŞ Konqress üzvü və çox sayda millət vəkili asissentlərinin də iştirakı ilə "dostluq və dialoq iftarı" verdi.
İftarda ABŞ Konqressinin ilk müsəlman millət vəkili Kit Elison (Minnesota), Texas millət vəkilləri Şeyla Cakson Li ilə Cin Grin və Missuri Millət vəkili Emanuel Kliver nitq söylədi. Daha çox ABŞ Konqresinin cənublu millət vəkillərinin dəvət olunduğu gecəyə şəxsən qatıla bilməyən millət vəkillərinin göndərdiyi nümayəndələrin sayı iyirmi nəfərə yaxın idi. Gecənin təşkilatçılarından alınan məlumata görə, bəzilərinin birdən çox nümayəndə ilə iştirak etdiyi Konqres üzvlərinin onu Texas, ikisi Luziana, biri Alabama və biri Misuridən idi. Respublikaçı Texas senatorları Ki Bili Hatçison və Con Kornayn da gecəyə müşavirlərindən birini göndərdi. Vaşinqtondakı təşkilatlarda Konqresdən bu səviyyədə iştirak müvəffəqiyyət kimi qiymətləndirilir. Gecə ABŞ-ın cənub əyalətlərində fəaliyyət göstərən "Raindrop Foundation", "Dinlərarası Dialoq İnstitutu" (IID) və "Gülən İnstitutu" kimi Türk mənşəli quruluşların mədəniyyət və dinlərarası dialoq sahəsində Türkiyənin təqdimatında bu günə qədər qət etdiyi məsafəni göstərdi.
Demokrat Partiyasının Texas millət vəkillərindən Şeyla Cakson Li öz çıxışında Türkiyənin İran, İraq kimi ölkələrin olduğu coğrafiyanın ortasında demokratiyaya inancını sürdürməsinin təqdirəlalayiq hal olduğunu bildirdi. "Həyatda hamımızın qəhrəmanları var. Bu bəlkə Gandi, bəlkə Martın Lüter King, bəlkə Gülən adlı möhtərəm imam ola bilər," -deyən Li, nə qədər qəhrəmanlarımız olur-olsun, hörmət, anlayış, əməkdaşlığa bağlılqla dünyanın daha gözəl bir məkan ola biləcəyini qeyd etdi. Demokrat Minnesota Millət vəkili Kit Ellison: "Sülh, xoşgörü və comərdlik üçün mütləq bir-birimizə bənzəməmiz lazım deyil. Əgər bu dünyada sülhə, xoşgörüyə və birgə yaşamağa əhəmiyyət verənlər bir yerə gəlsə, hal-hazırdakı bir çox problemi həll edə bilərik," -dedi.
Gecənin başqa bir fəxri qonağı da Oklahoma əyaləti Xarici işlər Naziri Susan Savic idi. ""Gülən İnstitutu" və "IID" bizi mənalı şəkildə bir yerə toplayır," -deyən Savic, "Burada sadəcə yeməyi paylaşmadıq. İnsan oğulları kimi partizanlıq, qütbləşmə olmadan birlikdə iş görmək üçün əhdimizi təzələdik. Bu möhtəşəm hərəkatın bir parçası olmaqdan böyük qürur duyuram," –deyə çıxış etdi. Gecənin aparıcısı "Gülən İnstitutu"nun Rəhbəri Kamal Öksüzün söz verdiyi bir çox seçkin qonaq, ABŞ-ın cənubunda "Gülən hərəkətı" ilə əlaqəli dərnəklərin dəvəti ilə Türkiyəyə getdiklərini, Türkiyəyə və Türk insanının qonaqpərvərliyinə aşiq olaraq döndüklərini anlatdı. Bunların başında Türkiyədən qayıtdıqdan sonra Fəthullah Gülənlə əlaqəli bir kitab da yazan "Rice Universiteti" müəllimlərdən Dr. Cill Karrol var. Bir çox Amerikalı iştirakçı adı çəkilən dərnəklərin sayəsində olduqları bölgələrdə dinlərarası dialoq sahəsində böyük bir canlanma yaşandığını vurğulayarkən, Türk dostlarının təşkilatlanma qabiliyyətini və əzmini təriflədilər. Vaşinqtonda ilk dəfə dostluq yeməyi verən "Gülən İnstitutu" Texasda bir çox seçkin natiqin iştirakı ilə başqa yeməkli konfranslar da təşkil edir. 20 Mayda keçmiş ABŞ Xarici işlər Naziri Ceyms Beykrı qonaq edən qurum, 2 dekabrda da keçmiş Xarici işlər Naziri Madlen Olbrayta ev sahibliyi edəcək.
- tarixində yaradılmışdır.