Gülənin Fikirləri Malaziyada Müzakirə edildi
“Malaziya Beynəlxalq İslam Universiteti”nin (MUIU) “İslam Düşüncəsi və Mədəniyyəti İnstitutu”nda həyata keçirilən seminar təqribən iki saat davam etdi. “İslamda Qloballaşma və Gülən Hərəkatı” sərlövhəli seminara “Harford Seminary”dən Prof. İbrahim Əbu Rəbi, və “MUIU”-dən Prof. Əbdüləziz Bergaut, Dos. Dr. Azmuddin İbrahim və Dr. Ömər Zaid qatıldı.
Prof. Əbu Rəbi Gülən hərəkatının fikir mənbəyindən və xronologiyasından bəhs edərkən, digər natiqlər təhsil və qloballaşma mövzularını vurğuladılar. Prof. Bergaut Gülən hərəkatının ideal insan yetişdirmə hədəfini və dəyişən dünya şərtlərinə baxmayaraq bu hədəfə çatmadakı müvəffəqiyyətini analiz etdi.
Təhsil haqqında danışan Doc. Dr. Azmuddin Gülən hərəkatının təhsil anlayışını qloballaşdırdığına diqqət çəkdi. Dr. Ömər isə dövrümüzdə təhsilin əhəmiyyətindən və yanlış əllərdə alınan təhsilin pis nəticələrindən bəhs edərək Gülən hərəkatının dünya səviyyəsindəki təhsil fəaliyyətlərinin bütün insanlıq üçün əhəmiyyətli olduğunu vurğuladı.
- tarixində yaradılmışdır.