Gülənin Fikirləri Qərb Aləmi Üçün Əhəmiyyətlidir
Hollandiyada 1977-1982 illəri arasında baş nazirlik vəzifəsini icra edən Dries Van Agt, dialoqun səlim ağıl sahibi hər kəs üçün çox əhəmiyyətli olduğunu vurğuladı.
Hollandiyanın liman şəhəri Rotterdamda “birlikdə yaşama mədəniyyəti”ni dəstəkləyən fəaliyyətləri ilə diqqət çəkən "Dialoq Akademiya"sının binasında təşkil edilən "Erasmus və Gülən: Sülh və dialoqa ilham verənlər" mövzulu simpoziumdan sonra Hollandiyanın sabiq Baş naziri Dries van Agt, "Cihan" xəbər agentliyinə əhəmiyyətli açıqlamalar verdi. Simpoziumun açılış nitqi üçün dəvət olunan Van Agt Fəthullah Gülən və Erasmusun sülh üçün son dərəcə önəmli fəaliyyətləri olduğunu ifadə etdi. Dries Van Agt belə dedi: "Hollandiyanın və Türkiyənin iki mühüm şəxsiyyəti (Erasmus və Gülən) tanıdılaraq, onlara olan qərəzli baxışları qismən də olsa aradan qaldırmaq çox əhəmiyyətlidir. Sevgi, ehtiram, şəffaflıq və qarşılıqlı bir-birini qəbul etmə, ictimai nizam üçün çox əhəmiyyətli dəyərlərdir. Erasmus Hollandiya və Avropanın yaxından tanıdığı bir şəxsiyyətdir. Gülən isə yeni-yeni tanınır. Erasmusun fikirləri daim insan mərkəzli idi. Hal-hazırda, Fəthullah Gülənin fikirləri Qərb aləmi üçün böyük əhəmiyyət kəsb edir. Çünki o insane mərkəzli fəaliyyətlərə çox əhəmiyyət verir. Müharibəyə qarşı olduğunu əsərlərində görürük. Bununla yanaşı sülhə də böyük qatqıları var. Bu baxımdan Fəthullah Gülən hal-hazırda düşüncə və fəaliyyətləri ilə ümumbəşəriliyi təmsil edir. Bu da onu eynilə Erasmus kimi, indiki dövrdə önə çıxarır".
Van Agt 4 İyul tarixində "NOVA" televiziya proqramında Fəthullah Gülənlə əlaqədar ortaya atılan iddiaların qaralama kampaniyası olduğunu ifadə edərək, proqramı qınadı. Gülənin Hollandiyada tanınmağa dəyər bir şəxsiyyət olduğunu vurğulayan Dries Van Agt insanların tanımadıqları şəxsləri tanımaq üçün heç də gec olmadığını, xüsusilə də "NOVA"daki proqram prodüseri və redaktorların onu tanımağa ehtiyacı olduğunu söylədi. Dries Van Agt: "Dialoq, səlim ağıl sahibi başında olan hər kəs üçün çox əhəmiyyətlidir. Bu cür məkanlarda şəxslər və qurumlar bir-birlərini daha yaxından tanıma fürsətini əldə edir. Fəthullah Gülənin tanınması üçün bu cür proqramların tez-tez təşkil olunması lazımdır. Xüsusilə Rotterdamda bu cür proqramın təşkil olunması məni məmnun etdi" şəklində danışdı.
Rotterdamda fəaliyyət görən "Dialoq Akademiyası"nın fəaliyyətlərini yaxından izlədiyini ifadə edən Dries Van Agt bu simpoziumun yüksək səviyyədə keşməsinin təşkilatın müvəffəqiyyətini göstərdiyini söylədi. Van Agt: "Həqiqətən, indiki dövrdə dialoq çox əhəmiyyətlidir. Bu baxımdan Hollandiyada "Dialoq Akademiyası"nın öhdəsinə böyük işlər düşür",-dedi.
Hollandiyada yaşayan türklərlə əlaqədar olaraq da Dries Van Agt, Türklərin digər toplumlara nəzərən daha yaxşı təşkilatlanmış, daha aktiv fəaliyyətdə olduqlarını dilə gətirdi. Van Agt: "Hollandiyada 40 ildir yaşayan Türklər, heç bir zaman problemləri ilə önə çıxmadılar. Mənə görə müvəffəqiyyətlidirlər" -dedi.
- tarixində yaradılmışdır.