"Gülənin gördüyü işlər məni çox duyğulandırdı"
"Hər ikimiz də dialoqa hörmətlə yanaşır, mədəniyyətlər və dinlər arasında körpülər qurmağın dünya barışı üçün çox önəmli məsələ olduğuna inanırıq".
Bu zamana qədər iki dəfə Norveçin Baş nazir kreslosunda əyləşmiş Bondevik Fəthullah Gülənin təşəbbüsü ilə başlayan mədəniyyətlərarası dialoq çağırışından çox duyğulandığını ifadə edib. Bondevik: "Dünyada sülh naminə Fəthullah Güləndən ilham alaraq həyata keçirilən dialoq fəaliyyətləri məni çox duyğulandırdı. Dünyanın müxtəlif guşələrində həyata keçirdiyiniz dialoq fəaliyyətlərini gördükdən sonra gələcəyə daha böyük ümidlə baxıram. Dialoq və barış fəaliyyətlərində birlikdə hərəkət edərək daha çox işlərə və layihələrə imza ata bilirik"- dedi. Dünyada sülh məsələsində Gülənlə eyni fikirdə olduğunu vurğulayan keçmiş baş nazir: "Hər ikimiz də dialoqa hörmətlə yanaşır, mədəniyyətlər və dinlər arasında körpülər qurmağın dünya barışı üçün çox önəmli məsələ olduğuna inanırıq. Gülənin dünya barışı ilə bağlı fikirləri və bu fikirlərin həyata keçirilməsi mənim üçün çox önəmlidir" dedi.
- tarixində yaradılmışdır.