Hacı Ata Mövlud və Dualarla Anıldı
Hacı Ata adı ilə məşhur olan Hacı Yusuf Kamal Əriməz vəfatının 14-cü ildönümündə Topkapı Anıt-Məzarında mövlud və dualarla anıldı.
Səhər erkəndən Topkapı Anıt-Məzar Məscidinə gələn yüzlərlə sevəni Əriməzin ruhuna dualar etdi. İsti şorba və çaydan sonra mövlud oxundu. Fateh Kolleci Məzunlar Dərnəyinin rəhbərliyi ilə təşkil edilən tədbirə Hacı Kamal Əriməzin oğulları Cəlal, Kamil və Abdullah, Əriməzin köhnə dostu Qədir Tufan, Ali Açıl, tacikistanlı tələbələr və sevənləri qatıldı. Tədbir Əriməzin qəbiri üstündə oxunan “Yasin” və dualarla sona çatdı.
Orta Asiya Türk məktəblərində “Hacata” kimi tanınan Əriməz 1926-cı ildə Samsunun Hövzə mahalında dünyaya gəlmişdir. İzmirdə yaşadığı dövrdə təhsil fəaliyyətlətinə dəstək olmağa başlamış, yaşına baxmayaraq son nəfəsə qədər Orta Asiya başda olmaqla müxtəlif ölkələrdə Türk məktəblərinin açılmasına öndərlik etmişdir. Türkiyədə də Fateh Kolleci kimi çox sayda məktəb, tələbə yataqxanası (yurd) və universitetə hazırlıq kurslarının açılmasına maddi-mənəvi dəstək vermişdir. Fəthullah Gülən Xocaəfəndi cənazə namazını qıldırdığı Əriməz haqqında "O, həmişə bir addım öndə yaşadı" demişdi. Hacı Ata 13 mart 1997-ci ildə vəfat etdi.
- tarixində yaradılmışdır.