İftar masası Türkiyə ziyalılarını bir araya gətirdi
Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) təşkil etdiyi növbəti ənənəvi 17-ci iftar yeməyində Türkiyənin fərqli düşüncə insanları bir araya gəldi. Yeməyə dini camaat nümayəndələri ilə yanaşı iş, sənət, siyasət və media aləmindən də tanınmış simalar qatıldı. Vəqfin Fəxri Sədri Fəthullah Gülən Xocaəfəndi tədbirə göndərdiyi mesajda Afrikaya yardımı xüsusi vurğuladı: "Afrikada aclıqdan əziyyət çəkənlərə yardım əli uzatmaq, əlbəttə, böyük fəzilətdir".
Jurnalistlər və Yazarlar Vəqfinin İstanbul Beşiktaş “Swissotel The Bosphorus”da təşkil etdiyi iftar yeməyinə çox sayda insan qatıldı. Vəqfin Fəxri Sədri Fəthullah Gülən Xocaəfəndi də tədbirə bir mesaj göndərdi. Gülən mesajında Ramazanın şəfqət və mərhəmət iqlimi olduğunu qeyd edir. Qəlbləri yumşaldan, səbir və xoşgörünü ön plana çəkən bu mübarək günlərdə bir daha sevgini, barışı, təvazökarlığı, yardımlaşmanı və başqaları üçün yaşamağı xatırladığını ifadə edir. Üslubun əhəmiyyətinə xüsusi toxunan Gülən ismarıcında "İmpatiya ilə üslubumuzu gözdən keçirə bilərik. İnanıram ki, üslubumuza qərəz və qəzəbimizi qatmasaq, uzlaşa biləcəyik. O zaman “bu ölkə hamımızındır, döyüşməyə heç bir əsas yoxdur, masada hamımıza yer var” deyə biləcəyik" deyir. Gülən Bütün provokasiyalara baxmayaraq bir araya gəlmələrin insanımızda bu potensialın varlığından xəbər verdiyini deyərək millətin öz böyüklüyünə, müdrikliyinə layiq təmkin sərgilədiyini vurğulayır.
Fəthullah Gülən Afrika faciəsinə təmas etmədən keçmir: "Ölən hər körpənin qəlbimizi dağladığı bu Ramazan ayında Afrikada aclıqdan əziyyət çəkənlərə yardım əli uzatmaq, əlbəttə, böyük fəzilətdir. Bütün millətimizin o möhtac insanların yardımına can atması da insanlığın ölmədiyini göstərən canlı tablodur". Gülən mesajında Suriyada baş verənlər haqqında da: "Qonşunun acısı bizim də acımızdır. Dua edək ki, axan qanlar dayansın, problemlər “müştərək ağıl”la öz həllini tapsın”.
Jurnalistlər və Yazarlar Vəqfinin Baş Katibi Mustafa Yaşıl bu cür toplantıların əhəmiyyətindən danışdı. M. Yaşıl "Bir araya gələndə nə qədər ortaq cəhətlərə malik olduğumuzu görürük. Bir araya gəlmək ehtiyac deyil, zərurətdir. Süfrəmizdə hər kəs üçün yer var" dedi. Avropa Birliyi Naziri Egemen Bağış isə tolumun bütün kəsimlərini bir süfrə ətrafında görməkdən məmnun olduğunu dilə gətirdi. Kürd siyasətçisi Kamal Burkayın 33 il sonra Türkiyəyə qayıtmasına çox sevindiyini dilə gətirən Bağış vətən həsrəti çəkən hər kəsin vətənə qayıtmasını arzuladı.
Gülən bu çətin yolda bələdçilik edir
Diyanət İşləri Sədr Müavini Həsən Kamil Yılmaz: "Müxtəlif inanc qrupları ilə birgə yaşamağı öyrənmək insani zərurətdir" dedi. Fənər Rum Patriarxı Bartolomeus (Bartholomeos) isə ibadətlər fərqli olsa da, şəfaət mənbəyinin bir olduğunu söylədi. Fəthullah Gülən Xocaəfəndiyə salamlarını göndərən Rum Patriarxı “dostluğumuz mötəbərdir” var dedi. Bartolomeus Gülənin mesajında dilə gətirdiyi “masada hər kəsə yer var” sözünə istinadən belə dedi: "Xocaəfəndi nurlu və bir o qədər də çətin yolda bələdçilik edir".
İftarda hər kəsimin nümayəndəsi iştirak edirdi
İftara AB Naziri Egemen Bağış, İstanbul Valisi Hüseyn Avni Mutlu, Diyanət İşləri Sədr Müavini Həsən Kamil Yılmaz, Fənər Rum Patriarxı Bartolomeus, Nəsrani Qədim Metropoliti Yusuf Çətin, Nəsrani Katolik Patriarx Vəkili Yusuf Sağ, Tuncüli Universitetinin Rektoru Durmuş Bozkır, “Zaman” qəzetinin Baş Redaktoru Əkrəm Dumanlı, “Zaman” qəzetinin Baş Redaktor Müavini Mehmet Qamış, Cihan Xəbər Agentliyinin Müdiri Abdulhamid Bilici, Nazlı Ilıcak, Ergun Babahan, Fehmi Qoru, İlber Ortaylı, ”Turkcell” şirkətinin Müdiri Süreyya Ciliv, Həmdi Alkan, Osman Can, Mehmet Altan, Aydın Ayayadın, Musa Sərdar Çələbi, Süleyman Soylu, FB AS Sədri Nihat Özdəmir, Star Qəzeti Baş Redaktoru Mustafa Karaalioğlu, Samanyolu Şirkətlər Qrupunun Sədri Hidayət Karaca, İşa damı Əli Ağaoğlu, Toktamış Atəş, İbrahim Erkal, TFF İkinci Sədri Lütfü Arıboğan, TUSKON Sədri Rizanur Meral, Fateh Universitetinin rektoru Şərif Əli Tekalan, Fateh Qısaparmaq və Məmməd Əli Yalçındağ və s. qonaqlar iştirak etdi.
- tarixində yaradılmışdır.