“İrşad Ekseni” İndoneziya İslami Nəşrlər Sərgisində Zirvədə
İndoneziyada hər il mart ayının ortalarında keçirilən İslami Nəşrlər Sərgisi bu il də böyük maraqla qarşılandı. Bu sərgidə Türkiyə üçün əhəmiyyətli hadisə isə Fəthullah Gülən Xocaəfəndinin yeni tərcümə edilib satışa çıxarılan kitabının sərgidə ən çox satılan kitab olmasıdır.
Türk dilində adı “İrşad Ekseni” olan kitab İndoneziyada “Dakwah” adı ilə oxuculara təqdim edildi. Bu kitab sərginin üçüncü günü təqdim edilməsinə baxmayaraq, ən çox maraqla qarşılanan kitab oldu. Oxucular: “"Dakwah" kitabı böyük bir boşluğu dolduracaq” – deyirlər.
"Dakwah" kitabını çap edən nəşriyyatın Müdiri Tüko Çerol Visal (Teuku Chairul Wisal) bu əsərdən əvvəl Möhtərəm Fəthullah Gülənin “Kader” adlı kitabını da tərcümə edib çap etdirdiklərini və "Dakwah"ın ikinci kitab olduğunu bildirərək: “Möhtərəm Fəthullah Gülənin başqa kitablarını da artıq tərcümə etməyə başlamışıq, tezliklə oxuculara təqdim edəcəyik” – dedi. Kitabın redaktəsini də şəxsən özü edən Tüko Çerol Visal: “Möhtərəm Gülənin "Dakwah" əsəri İndoneziyada mühüm bir funksiya yerinə yetirəcəyinə inanıram. Çünki bu gün ən böyük problemimiz dinə xidmətdə işlətdiyimiz yanlış üslub və yanlış məlumatlardır. Möhtərəm Gülən isə Quran və hədis işığında insanın işə ilk öncə öz nəfsini islah etməklə başlamalı olduğunu deyir. Bu isə müasir İslam dünyası üçün, həqiqətən, çox mühüm məsələdir. Möhtərəm Gülənin müasir dünyanı təcrid etməyən mahiyyətcə dini dəyərlərlə bağlı fikirləri yalnız kitab səhifələrində əksini tapan nəzəri məlumatlardan ibarət deyil. Onun fikirlərindən ilham alaraq hərəkət edənlər getdikləri hər yerdə insanların sevgisini qazanır və böyük uğurlara imza atırlar. İndoneziyada fəaliyyət göstərən təhsil müəssisələri buna ən gözəl nümunədir. Bu səmimi və zərif ruhlu insanın səsinə müasir insanının çox ehtiyacı olduğunu düşünürəm” – dedi.
Sərginin girişində "çox əhəmiyyətli" yazısı ilə elan edilən kitabın tezliklə 2-ci dəfə çapa gedəcəyi bildirilir. Cakarta Gülən Kürsüsü rəhbəri Dr. Ali Ünsal isə: "Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin, ümumiyyətlə bütün insanlığı, xüsusilə də Müsəlmanları aydınladan fikirlərinə rəğbət getdikcə artır. Əsərləri dünya dillərinə tərcümə edilir. İndoneziyada da “Republika Yayın Qrupu” Möhtərəm Xocaəfəndinin əsərlərini İndoneziya dilinə tərcümə etmək qərarına gəldi. Müəllif hüquqlarına sahib olan “Kaynak Yayın Qrupu” ilə müqavilə bağlandı, sürətlə tərcümə işinə başladılar. Hələlik iki kitabını çap elədilər. Ramazana qədər də ən azı 7 kitabını tərcümə edib çap etməyi düşünürlər. Bu, bizim üçün də çox sevindirici haldır. Çünki Republika Yayın Qrupu böyük bir qəzetə, 4 televiziya kanalı və radioya malik ölkənin nüfuzlu yayın qrupudur. Ümid edirəm, xeyirli olar" – dedi.
Republika Yayın Qrupunun çap işləri şöbəsinin müdiri olan M. İqbal S. isə, xüsusilə "İrşad Ekseni" əsərinin tərcüməsi olan "Dakwah"ın böyük maraqla qarşılandığını söyləyərək: “Məncə, bütün din alimləri, bütün ustadlar və ölkədə İslam adından danışanlar bu kitabı oxumalıdır. Mövzuları tamamilə elmi əsaslıdır, Quran və Sünnə işığında izah edir, üslubu kimi İslamın mərhəmət yönündən istifadə edir. Məncə, hak-hazırda bu, çox mühümdür” – dedi.
Fəthullah Gülənin İndoneziya dilinə tərcümə edilmiş əsərləri bunlardır: “Sonsuz Nur”, “Əsrin Gətirdiyi Tərəddüdlər”, “İnancın Kölgəsində”, “Qəlbin Zümrüd Təpələrində” və “Ölümdən Sonrakı Həyat”.
- tarixində yaradılmışdır.