İsveçli alim Klas Grinell “Hizmət”dən bəhs etdi

İsveçin Göteborq Universitetində “Fikirlər tarixi” mövzusunda doktorluq disertasiyasını müdafə edən Klas Grinell müasir İslam aləmində əsas axının “Hizmət” hərəkatı olduğunu söylədi. Dünyada İslam barədə çox sayda araşdırma aparıldığını, bu səbəblə ilk baxışda insanların İslam aləmində əsas axının Radikal İslam və ya Vəhabilik olduğunu zənn etdiyini deyən Grinell: "“İslam och Jag” adlı kitabımda xüsusilə müasir müsəlman alimi Fəthullah Güləni araşdırdım. Çünki Gülən tolerantlığı, xöşgörünü, əfvi, təvazökarlığı və insanın ilk öncə daxili dünyasını nizam-intizama salmasını və özünü ruhən inkişaf etdirməsini ön plana çıxararaq İslamı şərh edir. Kitabımda İslam dünyasında Fəthullah Gülən kimi bir intellekt və “Hizmət” kimi hərəkatının da olduğunu, əslində İslam dünyasına hakim olan asas axının bu hərəkət olduğunu göstərmək istədim", - dedi.

Son vaxtlar keçirdiyi tədbirlərlə gündəmə gələn “Dialogslussen” dərnəyinin təşkil etdiyi “İslam och Jag (İslam və mən)” adlı kitabının təqdimat mərasiminə qatılan Grinell 2008-ci ildə “America Foreign Policy” jurnalının Fəthullah Güləni "Həyatda olan ən böyük intellekt" seçdiyini xatırladıb "Ancaq insanlar Fəthullah Güləni tanımır, düşüncələrindən xəbərsizdilər. Kitabımla bu əhəmiyyətli şəxsiyyəti və düşüncələrini tanıtmaq istədim", - dedi. Gülənin xüsusilə “Qəlbin zümrüd təpələri” adlı kitabından çox təsirləndiyini deyən Grinell: "Mən müsəlman deyiləm, ancaq, mənə elə gəlir bu kitabda keçən mövzulardan özünü inkişaf etdirmək istəyən hər kəs istifadə edə bilər", - dedi. "Bu kitabda mənə ən çox təsir edən iki mövzu oldu: “təfəkkür”lə “ibadət”. İnsan təfəkkürlə özünü sorğu-suala çəkir, özünü tanıyır və nə qədər çox təfəkkür edirsə, bir o qədər də bilik əldə edir", – deyən Grinell müsəlmanın gündə 5 dəfə namaz vaxtı gələndə hər şeyi bir kənara atıb ibadət etməsini təqdirə layiq olduğunu qeyd etdi və "İbadətinə əhəmiyyət verən müsəlmanlara qibtə edirəm və alqışlayıram", - dedi.

Çıxışında qələmə aldığı kitabın məqsədinin İslamı və Fəthullah Güləni tamamən şəxsi perspektivdən izah etmək olduğunu vurğulayan Grinell: "20 il İslam haqqında araşdırma aparmışam. 40 yaşına çatanda, “daha təfəkkür vaxtıdır” dedim. Bu illər ərzində İslam barədə nə öyrəndim, hansı yönü mənim üçün əhəmiyyətlidir, araşdırmalarım şəxsi həyatıma necə təsir etdi... Klassik İslam mütəxəssisi kimi deyil, İslama fərqli prizmadan baxmaq istədim və beləcə "İslam və mən" adlı kitabım işıq üzü gördü", - dedi. "İslam mənə heç bir zərər vermədi, əksinə daha yaxşı insan olmamı təmin etdi" deyən Grinell çıxışında kitabından bir şeir də oxudu. Şeirinin bir hissəsində Peyğəmbərimizin (s.ə.s.) ilk həyat yoldaşı Hz. Xədicənin Peyğəmbərimizə dəstəyindən mədh edərək bəhs edən Grinell, son hissəsində “Hz. Xədicənin həyat yoldaşı mənim modelimdir” mənasına gələn bir misraya da yer verir.

Çıxışında İslamiyyətin çox geniş bir sahə olduğunu və beynəlxalq ictimaiyyətə göstərmək istədikləri kimi təhlükəli bir din olmadığına da toxunan Grinell Avropada İslamofobianın ortaya çıxmasının və insanlarda islama qarşı meydana gələn qərəzli yanaşmanın səbəblərindən də bəhs etdi. Tədbirin axırında müəllif oxucular üçün kitabını imzaladı. (İbrahim Kaya, Mikayıl Özkanat / Stockholm)

Klas Grinell kimdir?
Göteborq Universitetində “Fikirlər tarixi” mövzusunda doktorluq disertasiyasını müdafiə edən və 1999-2008 illərdə həmin universitetdə müəllim kimi işləyən Grinell Türkiyədə də insan hüquqları sahəsində Beynəlxalq Amnistiya təşkilatı (Amnesty International) ilə birlikdə çalışdı. Grinell hal-hazırda Göteborq Dünya Muzeyində işləyir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.