Könüllülər hərəkatı olmasaydı, “idarə olunanlar” hərəkatı olardı
Türkiyə Təhsil və Mədəniyyət Vəqfinin təşkilatçılığı ilə Aksaray Mədəniyyət Mərkəzində “Fəthullah Gülən və Hərəkatı” adlı seminar keçirildi. Seminarda Jurnalistlər və Yazarlar Vəqfinin Ankara təmsilçisi Həsən Ayasun (Hasan A.) və Ankara Universiteti Politologiya fakültəsinin müəllimi prof. dr. Doğu Ergil məruzə ilə çıxış etdi.
Fəthullah Gülən hərəkatının Könüllülər hərəkatı kimi dəyərləndirildiyini diqqətə çatdıran Doğu Ergil Könüllülər hərəkatına əks hərəkatın “idarə olunanlar (güdümlüler)” hərəkatı olduğunu vurğuladı.
“Rəsmi iradə 81 vilayətin hamısında Türk dilini öyrədə bilmədi!”
Prof. dr. Doğu Ergil çıxışında seminar zamanı diqqətini çəkən “Könüllülər Hərəkatı” məfhumunu əsas götürərək “Əgər Könüllülər hərəkatı olmasaydı, “idarə olunanlar (güdümlüler)” hərəkatı olardı” dedi.
Könüllülər hərəkatıFəthullah Gülən hərəkatının Könüllülər hərəkatı kimi dəyərləndirildiyini diqqətə çatdıran Doğu Ergil Könüllülər hərəkatına əks hərəkatın “idarə olunanlar (güdümlüler)” hərəkatı olduğunu vurğuladı.
Doğu Ergilin çıxışından bir hissə: “Burada, bu 15 dəqiqəlik təqdimatda bir neçə məfhum ortaya çıxdı. Bu məfhumlar mənə bir neçə mövzuda ilham verdi. Bu hərəkatın Könüllülər hərəkatı olduğunu dedilər. Düşündüm ki, Könüllülər hərəkatı olmasaydı, başqa nə hərəkat olardı. Məsələn, “idarə olunanlar” hərəkatı ola bilər. Könüllülər hərəkatının zidd alternativ hərəkat “idarə olunanlar” hərəkatı olardı. Könüllülər hərəkatı necə hərəkət edir? Necə ortaya çıxır? Təşviq edərək, motivasiya edərək. “İdarə olunanlar” hərəkatı isə təhriklə ortaya çıxar. Qorxutmaqla, təhdid etməklə. Belə bir hərəkatı Könüllülər hərəkatı adı ilə təqdim ediriksə, deməli, o, xüsusiyyəti ilə ölkəmizdə meydana gələn nadir hərəkatlardan biridir. Əksəriyyəti idarə olunan hərəkatdır. Ona görə də idarə edən meydandan çıxınca, qorxutma və təhdid olmayınca, onlar da yox olur. Bir söz də dedilər: getmədiyiniz yerdə varlığınız olmaz, adınız anılmaz. Hazırda 130 ölkədə Türk dilini öyrədirlər. Ali təhsildən savayı, Türk dili öyrədirlər. Bilik Türk dilində çatdırılır. 81 vilayətimizin hamısında Türk dilini öyrədə bilmədik. Biri rəsmi iradə, o biri Könüllülər hərəkatı, özəl iradə. Demək ki, təkcə yaxşı əlaqələrlə düzəlmir. İnandıraraq, təşviq edərək və mükafatlandıraraq olur. Bu da yəqin ki, böyük bir dərsdir bizim üçün”.
“150 ölkədə barış və qardaşlıq mühiti formalaşdırılır”
Türkiyə Təhsil və Mədəniyyət Vəqfi İdarə heyətinin Sədri Vəkil Ayxan Yıldız (Ayhan Y.) da çıxışında Anadoluda təşəkkül tapan Könüllülər hərəkatının hal-hazırda dünyanın hər tərəfində 150 ölkədə təhsil fəaliyyətləri həyata keçirdiyini və Türkcəni öyrədib barış və qardaşlıq toxumu əkdiyini söylədi. Məruzəsinə “Könüllülər hərəkatı müasir dövrdə olduqca fərqli və həyəcanverici faktdır” sözləri ilə başlayan Ulduz belə davam etdi: “Anadolu coğrafiyasından çıxaraq yeni bir dünyanın xəyallarını quran bu hərəkat cəmiyyətin bütün təbəqələrində insanların çiyinlərində yüksəlir. Bu təhsil müəssisələri ilk öncə həmvətənlərimizin təhsilli, mədəni, əxlaqlı, fəzilətli, millətini və ölkəsini sevən bir nəsil kimi yetişdirilməsi üçün açılmışdır. Bu təhsil fəaliyyətləri dünyanın dörd tərəfində təxminən 150 ölkədə dünya ölkələri ilə barış və qardaşlıq mühitinin təşəkkülü, mədəniyyətimizin və dinimizin bütün dünyaya tanıdılması amacı ilə Türkcə olimpiadaları kimi bir sıra istiqamətlərdə davam etdirilir. Könüllülər hərəkatı mənsublarının və bu hərəkatın memarı olan möhtərəm Fəthullah Gülən Xocaəfəndinin insanımıza və bütün insanlığa təqdim etdiyi ən böyük hədiyyə olmuşdur.
Seminara Aksaray Bələdiyyə Sədri Nevzat Palta, Aksaray Universitetinin Rektoru prof. Dr. Mustafa Acar, Ticarət və Sənaye Otağı Başçısı Əli Öztürk, Vilayət Müftisi Bəkir Gülcə, AQİAD Başçısı Reha Güvən və çox sayda vətəndaş qatıldı. Çıxışlardan sonra Aksaray Bələdiyyə Sədri Nevzat Palta Jurnalistlər və Yazarlar Vəqfinin Ankara təmsilçisi Həsən Ayasuna, Rektor Mustafa Acara isə prof. dr. Doğu Ergilə Türkiyə Təhsil və Mədəniyyət Vəqfi adından təşəkkür lövhəsi verdi.
- tarixində yaradılmışdır.