Leonid Sükyaninin Fəthullah Gülənlə əlaqəli verdiyi müsahibə
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun və Liberal Demokrat Partiyasının birlikdə təşkil etdikləri konfransda, Hindistanın qurucusu Mahatma Gandi ilə Türkiyədən Fəthullah Gülənin fikirləri müzakirə edildi.
Yığıncağa qatılan Rusiya Dövlət İqtisadiyyat Universitetinin Professoru Leonid Sükyanin də "Cihan” Xəbər Agentliyinə verdiyi müsahibədə, Gülənlə Gandi arasında zorakılığa etiraz məqamında bənzərlik olduğunu, lakin Gandi kimi Gülənin siyasət adamı olmadığını vurğuladı Sükyanin: "Gülən bir ziyalıdır. Mütəfəkkir, yazıçı və xalq lideri. Əsərlərində siyasətdən uzaq olduğunu da vurğulayır. Bu fərqi də görmək lazımdır: Gandi yaşadığı dövr və cəmiyyət üçün həll yoları göstərmişdi. Hal-hazırdakı dünyaının problemlərinə də Gülənin təlimində və əsərlərində həll tapa bilərik," -dedi.
Sükyaninə görə: "Hər iki lider də yaşadıqları dövrün problemlərini öz ənənəvi mədəniyyətlərindən yola çıxaraq həll yolları tapıblar. Gandi, Hinduizmin minlərlə illik ənənəsinə söykəndi. Gülən də İslam dininin təməl prinsipləri prizmasından zamanımızın problemlərinə baxır. Və yalnız bu təlimlərlə kifayətlənmir. Onları dövrümüzə uyğun formada, daha açıq-aydın şərh edir. Məhz bu bənzərliklər iki böyük insanın ortaq tərəfləridir."
- tarixində yaradılmışdır.