Madlen Olbraytla "Gülən İnstitutu"nda Görüş

ABŞ-ın yeni prezidenti Barak Obamanın yaxın müşavirlərindən Klinton dövründə Xarici İşlər Naziri olmuş Madlen Olbrayt "Buşun vətəni" kimi tanınan Texas əyalətinin Hyuston şəhərindəki “Gülən İnstitutu”nun dəvəti qəbul edib, təşrif buyurdu və nitq söylədi.

“Hyatt” otelində keçirilən "Madlen Olbraytla Görüş" mövzulu ziyafətdə Obama dönəmi ilə bağlı əhəmiyyətli məlumatlar verən sabiq naziri şəhərin mötəbər simalarından ibarət qonaq məclisi maraqla izlədi. Vaşinqtonda Baş Nazir Rəcəb Tayyib Ərdoğan daxil olmaqla dünya liderləri ilə G-20 zirvəsində Obama adına xüsusi görüşlər keçirən heyətin üzvü kimi Olbraytın fikirlərinə yeni prezidentə yaxınlığına görə Amerika və dünya ictimaiyyətində olduqca əhəmiyyət verilir.

Prezident seçkiləri ərəfəsində Obama haqqında təhqiramiz bir ab-havada ortaya atılan müsəlman olma iddialarına sabiq Xarici İşlər Naziri Kolin Pavelin: "Müsəlman olsa, nə olar?" cavabından təqdirlə danışan Olbrayt son dövrdə ortaya atılan "İslamofaşist" və buna bənzər sözlərdən xoşlanmadığını qeyd etdi. Olbrayt: "Gülən İnstitutu və buna bənzər qurumların fəaliyyətləri nəticəsində insanlar müsəlmanları avtomatik olaraq terrorist kimi qələmə vermir. Amma Amerikada bu yaşandı", -dedi.

Yolunu itirmiş dünyamın bir "yol göstərici"yə ehtiyacı olduğunu deyən Olbrayt, bu rolu "demokratik dəyərlərə qarşı çıxanlar", "radikal populistlər", "aqressiv milliyyətçilər" və "müqəddəs savaş həvariləri"nin ifa edə bilməyəcəyini qeyd edərək belə davam etdi: "Bunun daha çox Gülən İnstitutunun qəlbində və bu günorta yeməkli toplantılar silsiləsində mövcud olan dəyərlərdə olması ehtimal daxilindədir. Bu dəyərlər ümumbəşəri dialoqa bağlılıq, mədəniyyət müxtəlifliyini anlama, insani ədalətə dəstək və sülh sevgisini ehtiva edir."

ABŞ Nümayəndələr Məclisi Texas millət vəkillərindən Al Grin də “Gülən İnstitutu”nun "sülh fəaliyyəti" ilə məşğul olduğunu ifadə edərək: "İnstitutu irqi və etnik birlikdə yaşama ümumbəşəri bir anlayış gətirdiyi üçün təbrik edirəm" -dedi.

Başqa bir Texas millət vəkili Şeyla Cakson Li tarixi bir "inqilab anı"nı yaşadığımızı ifadə edərək “Gülən İnstitutu”nun bu inqilabının "çərçivə"sini düzgün təyin etdiyini təqdirlə qarşıladı. Çərçivəni isə "insanlıq şərəfinə görə hər insana hörmət edən ictimai bir sistem" kimi təsvir etdi. Li: "Təhlükəsizlik qədər sülhü sinəsinə basan yeni xarici siyasət anlayışını mənimsəmiş bir institutun burada olmasına sevinirəm," şəklində çıxış etdi. (Əli Xalid Aslan, “Cihan” xəbər agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.