Məhkəmə ABŞ hökümətinə qarşı Fəthullah Güləni müdafiə etdi
ABŞ məhkəməsi Türkiyənin tanınmış ictimai simalarından Fəthullah Gülənin mövqeyini müdafiə edən qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, Fəthullah Gülən ABŞ qanunvericiliyinə uyğun olaraq “qeyri-adi qabiliyyətə malik əcnəbi” statusunu qazanıb. Bununla da Fəthullah Gülənin ABŞ-da yaşaması üçün müvafiq vizanın alınması istiqamətində indiyə qədər mövcud olan texniki maneə ortadan qalxmış oldu.
Xatırladaq ki, “qeyri-adi qabiliyyətə malik əcnəbi” statusu xarici ölkələrdən gəlmiş vətəndaşlara ABŞ-da yaşamaq hüququ verir. Bu status elm, təhsil, incəsənət, biznes və atletizm sahələrində dünya miqyasında uğur əldə etmiş xarici vətəndaşlara şamil edilir. Fəthullah Gülən bu statusa sahib olmaq üçün ABŞ-ın Miqrasiya Departamentinə müraciət etsə də, adıçəkilən qurum onun bu hüququnu tanımamışdı. Sonradan Pensilvaniya ştatındakı məhkəməyə müraciət edən Fəthullah Gülən bu hüququnu bərpa edib.
Məhkəmə federal hakim Stivard Dalzelin sədrliyi ilə keçirilib. Hakim Dalzel ABŞ hökümətinin Fəthullah Gülən barədə iddialarını bir-bir “çürüdüb”. O, hökümətin iddialarının əksinə olaraq, Gülənin qeyri-adi qabiliyyətə malik insan olduğunu təsdiqləyib.
- tarixində yaradılmışdır.