Misirdə Ruslar Gülən Hərəkatından Bəhs Etdilər
“Misir və Şərqin Mədəni Ənənələri: Antik Dövrlərdən Qloballaşmaya” sərlövhəli konfransa altmışdan çox Rus ziyalı ilə yanaşı Almaniya, Fransa, Türkiyə, Misir və Avstriya kimi ölkələrdən qabaqcıl simalar qatıldı. Konfransı Rusiya Şərqşünaslıq İnstitutunun başçılığında Rusiya Elmlər Akademiyası və Rusiya Xarici işlər nazirliyi təşkil etdi.
Misir mədəniyyətinin təsiri ilə yanaşı, mədəniyyətlərarası münasibət mövzulu konfransın ikinci günündə alimlər Gülən hərəkatının verdiyi sülh və mədəniyyətlərarası münaqişələrin aradan qaldırılması adına həyata keçirdiyi fəaliyyətlər üzərində durdu. Rusiyada nəşr olunan “Rodina” jurnalından Tatyana Filipova Gülən hərəkatının insanlara sülhü və birlikdə yaşamağı nəsihət etdiyini ifadə edir. Gülənin hal-hazırda Rusiyanın bütün tarixçiləri, mədəniyyət və düşüncə adamları tərəfindən tanındığını vurğulayan Filipova, Gülənin dinin müasir dünyada necə yaşanacağını göstərdiyini də ifadə edir. Filipova, qurucu və yol göstərici həyatı olan Gülənlə əlaqədar yaxın zamanlarda bir çox nəşrlər hazırlamağı düşündüklərini də söyləyir. Gülənə aid tədqiqatları ilə tanınan Misir “Zagazig Universiteti”ndən Prof. Xuda Dərviş isə Gülənin fikirlərinin dünyadakı əks-sədasına konfransda da şahid olduğunu ifadə edərkən, “Avropa Mədəniyyətdən Sülhə” Təşkilatı Başçısı Avstriyalı mütəfəkkir Prof. Villi Avqustata görə də Gülən hərəkatı qlobal bir hərəkatdır. “Dialoq Avrasiya”nın da dəstək verdiyi konfransda Gülənlə əlaqədar bir qısametrajlı film də nümayiş etdirildi. (Cüməli Önal, Qahirə)
- tarixində yaradılmışdır.