Nazarbayev Qazax-Türk liseylərini medalla mükafatlandırdı
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkədə fəaliyyət göstərən Qazax-Türk liseylərini medalla mükafatlandırdı.
Keçmiş paytaxt Alama-atada icra hakimiyyətinin binasında keçirilən Qazaxıstanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş mükafat vermə mərasimində Qazax-Türk Liseylərinin Prezidenti Abdürrəhman Sel mükafatlandırıldı.
N. Nazarbayenin sərəncamı ilə keçirilən mükafat vermə mərasimində 1992-ci ildən Qazaxıstanda fəaliyyət göstərən 28 Qazax-Türk liseyinin ölkə daxilində və beynəlxalq səviyyədə əldə etdiyi uğurlardan danışıldı.
Bu mükafata layiq görülməkdən böyük sevinc hissi keçirdiyini və qürur duyduğunu deyən Abdürrəhman Sel Qazax-Türk liseylərinin iki qardaş ölkə arasında dostluq körpüləri qurduğunu söylədi.
Qazax-Türk liseylərinin mərhum prezident Turqut Özal və Nursultan Nazarbayevin xeyir duası ilə açıldığını vurğulayan Sel sözlərinə belə davam etdi: "Bu məktəblər iki qardaş xalqın təhsil sahəsində əməkdaşlığının ən gözəl nümunəsidir. Məktəblər bu günə qədər verdiyi təhsil və təlimlə Qazax xalqının təqdirini qazanmışdır. Məktəblər Qazax xalqının dəstəyi ilə fəaliyyətlərini davam etdirir", – dedi.
Qazaxıstanda işləməkdən çox məmnun olduğunu da qeyd edən Abdürrəhman Sel: “İki ölkə xalqlarının dostluğu əbədi olsun” diləyini çatdırdı.
- tarixində yaradılmışdır.