Qara qitədə Fəthullah Gülən konfransları davam edir

Afrika ölkələri Könüllülər Hərəkatı və Fəthullah Gülən mövzulu konfranslara ev sahibliyi etməyə davam edir. Bu yaxınlarda Keniya və Uqandada Fəthullah Gülən Xocaəfəndi və Könüllülər Hərəkatı mövzulu iki ayrı konfrans keçirildi.

Keniyanın paytaxtı Nairobidə İşıq Kollecinin təşkilatçılığı ilə “Dinlərarası Dialoq və Fəthullah Gülən Hərəkatı” adlı konfrans keçirildi. Konfransın məruzəçiləri Corctaun (Georgetown) Universitetindən prof. dr. Tomas Mişel (Tomas Michel) və Dük (Duke) Universitetinin İslam araşdırmalar üzrə həmkarı Abdullah Antəpli idi. Türkiyənin Keniya Səfiri Tuncər Qayaların da iştirak etdiyi və iki alimə hədiyyə təqdim etdiyi tədbirə həmçinin Afrika Birliyinin nümayəndələrindən Conson Mubila (Jonhson Mubila), Keniyanın Müsəlman və Xristian qruplarının dini liderləri, bir çox universitetdən professor, müəllim, tələbə və müxtəlif media qurumaları böyük maraq göstərdi.

Tomas Mişel öz çıxışında "Fəthullah Güləndən müsəlmanların üç böyük düşməni; cəhalət, yoxsulluq və ixtilaf olduğunu öyrəndim. Daha sonra bu üç əsas maddənin təkcə müsəlmanların deyil, biz Xristianların və digər bir çox dinin də ortaq düşməni olduğunu gördüm" – dedi. Bu düşmənlərlə bütün dinlərin bir olub mübarizə aparmağının zəruriliyini vurğulayan Mişel, "Sülhün bərqərarında hamımız iştirak edə bilərik" – dedi. Tomas Mişel 23 ildir tanıdığı Fəthullah Gülənin "Təmiz ürəkli, dürüst və bəşəriyyətin sülhünə çalışan bir insan" olduğunu dedi.

Prof. Abdullah Antəpli isə "Fəthullah Gülənin təlimi XXI əsrin insanının problemlərinin ideal həll yolunun dinlərarası dialoqda olduğunu başa düşməmiyimizi təmin etdi" – dedi. Konfransın axırında hər iki məruzəçi də yerli mətbuatın suallarını cavablandırdı. Tomas Mişel bir suala verdiyi cavabda "Bəli, müəyyən fərqliliklərimiz var, amma bunlar bizim bir-birimizi anlamamıza mane olmamalıdır. Çünki biz bizə tolerantlığı, sülhü və sevginin nə qədər əhəmiyyətli olduğunu öyrədən eyni Tanrıya inanırıq" – dedi.

Qarşılıqlı sual-cavablarla keçən konfrans qonaqlara verilən yeməklə yekunlaşdı.

Universitetdə Xocaəfəndinin kitabı dərs vəsaiti kimi oxudulur

Uqandada bir araya gələn çox sayda alim də Fəthullah Gülən Hərəkatını və Hərəkatın dünya sülhünə töhfəsini müzakirə etdi. Gülən Simpoziumuna qatılan professor Tomas Mişel hərəkatı "Özünü Allaha adamış və gizli planları olmayan sülh dolu bir hərəkat" kimi təqdim etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.