Qərb ziyalıları Gülənin fikirlərini müzakirə edirlər
Qərbin akademik dünyası Fəthullah Gülənin mədəniyyətlərarası və dinlərarası dialoq mesajları ətrafında ciddi müzakirələr aparırlar.
Londondan sonra Hollandiyanın Roterdam şəhərində Fəthullah Gülənin fikirlərini müzakirə etmək üçün Qərbin tanınmış fikir adamları bir araya gəldilər. Roterdamın İrasmus Universitetində keçirilən “Barış içində bərabər yaşamaq: günümüz dünyasında Fəthullah Gülənin təşəbbüsləri” adlı iki gün davam edən konfransda müxtəlif ölkələrdən gəlmiş 50-dən çox elm adamı iştirak etmişdir. Konfransda 40 məruzə dinlənilmişdir. Açılış nitqini dinlərarası dialoq çalışmaları ilə tanınmış professor Tomas Maykl söyləmişdir. 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə dünyanın yeni bir mərhələyə girdiyini söyləyən Maykl, Fəthulah Gülənin təşviqi ilə Rusiyanın boşaltdığı bölgələrdə qurulan məktəblərin və başladılan dialoq mövzulu görüşlərin bəşəriyyət üçün yeni xidmət üfüqləri açdığını xüsusi vurğuladı. “Təsəvvür edin ki, Kambociyada açılan türk liseyində buddist uşaqları təhsil alırlar və bu işin arxasında özünü insanlığa fəda edən müsəlman iş adamları var”, - deyən Maykl, Gülən hərəkatının təməlində barış və dialoq prinsipinin dayandığını söylədi.
Çıxış edən elm adamları Fəthullah Gülənin fikirlərindən sitat gətirərək din və elmin xalqları ayırıcı deyil, birləşdirici amillər olduğunu və məsələyə məhz bu prizmadan yanaşmağın bəşəriyyət üçün böyük fayda verəcəyini vurğulamışlar. İştirak edən elm adamları dialoqa zəhmət çəkən hər bir fikir adamına, xüsusilə Fəthullah Gülənə öz təşəkkürlərini bildirmiş, “insanlığın barışına xidmət edən hər kəsə təbrik yaraşır”, - demişlər.
- tarixində yaradılmışdır.