Riyad Kitab Sərgisində Fəthullah Gülənin Kitablarına Böyük Maraq
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Kral Abdullah bin Əbdüləzizin dəstəyi ilə keçirilən Riyad Beynəlxalq Kitab Sərgisində Fəthullah Gülənin kitabları böyük maraqla qarşılandı.
Sərgiyə İslam, ədəbiyyat, tarix mövzularına aid kitablarla yanaşı, İngilis, Ərəb və Türk dilində nəşr olunmuş Türkiyəni tanıdan əsərlərlə qatılan “Nil” Nəşriyyatının Ərəb Dili üzrə yayın müdiri Şükrü Şahin sərginin Ərəb dünyasının məşhur kitab sərgilərindən biri olduğunu bildirdi. Şükrü Şahin: "Bu sərgidə Türkiyə və Türkiyədən gələn kitablara qarşı çox böyük maraq gördük. Xüsusilə, Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin Ərəb dilinə tərcümə edilmiş kitabları və Bədiüzzaman Səid Nursi Həzrətlərinin “Risalə Külliyyatı” böyük maraqla qarşılanır. Səudiyyəlilərin bu əsərləri böyük maraqla oxuyub bir-birlərinə tövsiyə etdiklərini müşahidə etdik," – dedi.
Müqəddəs Əmanətlər və Osmanlının Səudiyyə Ərəbistana hakim olduğu dövrün tarixi ilə bağlı kitablara böyük maraq göstərildiyini deyən Şahin Türkiyənin son illərdə bu bölgədə atdığı istər mədəni, istər siyasi addımların Səudiyyə vətəndaşları tərəfindən təqdirlə qarşılandığını söylədi. Şahin: "Türkiyəni tanıdan daha çox mədəni, tarixi və siyasi kitabların Ərəb dilinə tərcümə edilməsini istəyirlər" – dedi.
Riyad Kitab Sərgisində “Hira” Jurnalına Böyük Maraq
Türkiyənin Ərəb dilində çap olunan ilk və yeganə jurnalı “Hira” da sərgidə böyük maraqla qarşılandı. “Hira” jurnalının Səudiyyə Ərəbistan təmsilçisi Mehmet Altan sərgidə jurnala göstərilən maraqdan çox məmnun olduqlarını ifadə etdi.
Altan bildirdi ki, jurnala marağı artıran amillər özünəməxsus dizayna malik olması ilə yanaşı, İslam aləminin məşhur simalarının yazılarının burada dərc olunmasıdır. Həmçinin “Hira” jurnalının Səudiyyə Ərəbistanına müntəzəm şəkildə gəldiyini və burada on mindən çox abunəçisi olduğunu qeyd etdi.
Jurnalın Türkiyə ilə Ərəb aləmi arasında bir körpü rolu oynadığını deyən Altan: "Belə sözləri Səudiyyəli qardaşlarımızdan da çox eşidirik. Üstəlik “Hira” jurnalının Türkiyədən çıxması da Səudiyyəliləri məmnun edir," – dedi.
Cümə günü sona çatacaq sərginin bu ilki fəxri qonağı Hindistandır. Sərgidə iştirak edən otuza yaxın ölkədən yüzlərlə nəşriyyat arasında Türkiyədən yalnız “Kaynak Yayın Qrupu”nun Nil Yayını iştirak edir. Sərgiyə qonşu ölkələr də böyük maraq göstərir.
- tarixində yaradılmışdır.