Rus Müəllimlər Türk Məktəblərini Tərifləyir

Rus pedaqoqları Türk məktəblərinin Rus və Türk dövlətlərində təlim və təhsilin səviyyəsini yüksəltdiyini ifadə etdi.

Antalyanın Manavgat rayonunun Side qəsəbəsinə tətilə gələn Rus müəllimləri fərqli məktəblərdə işləsələr də ölkələrində fəaliyyət göstərən Türk kolleclərinə təriflər yağdırdılar.

Rusiya Perm oblastında Dövlət Məktəbində həyat yoldaşı və qaynı ilə birlikdə İngilis dili, biologiya və Rus dili və ədəbiyyatı dərslərini tədris etdiklərini deyən Aleksandr Minakov qəbul imtahanlarında yüksək nətcə göstərən iki qızının Türk kolleclərində oxuduğunu söylədi.

Qızları Marina (15 yaş) və Katyanın (15 yaş) Türkiyəli müəllimlərin keyfiyyətli təlim və təhsili nəticəsində Avropa ölkələrində keçirilən olimpiadalarda müvəffəqiyyət qazandığını deyən Minakov, iki ölkə arasındakı dostluğun inkişafı və möhkəmlənməsində məktəblərin körpü olduğunu ifadə etdi.

Türkiyəyə olan sevgi və ehtiramın artmasının səbəbkarı Türk müəllimlər olduğunu deyən Minakov, qaynı Vlamidir və həyat yoldaşı Yelenanın Anadolu mədəniyyətini, adət-ənənə və qonaqpərvərliyini yaxından tanımaq üçün Türk dili kursuna getdiklərini söylədi.

Minakov: "Türk məktəbləri ölkəmizdə təlim və təhsilin keyfiyyətini artırdı. Türk-Rus dostluq və qardaşlığının artması üçün bu məktəblərin sayları artırılmalıdır. Qızlarımın bu məktəblərdə oxuması bizi fərəhləndirir. Qızlarıma təhsil verən həmkarlarımın vətənini yaxından tanımaq üçün ailəvi olaraq Türkiyəyə tətilə gəldik. Antalyanın tarixi və təbii gözəlliyi bizi ovsunladı", -dedi.

Permdə fəaliyyət göstərən Türk həmkarları ilə tez-tez görüşdüklərini deyən İngilis dili müəllimi Yelena Minakova isə, Türk qadın həmkarlarından tənək dolması, yarma plovu və ətli paxla yeməyini hazırlamağı öyrəndiyini dedi.

Minakov, gələcəyin sülh və sevgi dünyasını bu məktəblərdə yetişən şagirdlərin quracağını əlavə etdi.

Müəllimlərini çox sevdiklərini deyən Perm Rus-Türk Kolleci şagirdləri Marina və Katya Minakova bacıları, müəllimlərinin vətəninə tətilə gəldiklərinə görə sevinc duyduqlarını dedi. (Abdurrahman Büyükkeskin, Cihan Xəbər Agenliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.