Rusiya Məclisində Gandi və Gülənin fikirləri müzakirə edildi

Qafqaz böhranı və soyuq müharibə ifadələri ilə son günlərdə tez-tez gündəmə gələn Rusiya Duması, əvvəlki gün fərqli bir yığıncağa ev sahibliyi etdi.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun və Liberal Demokrat Partiyasının birlikdə təşkil etdikləri konfransda, Hindistanın qurucusu Mahatma Gandi ilə Türkiyədən Fəthullah Gülənin fikirləri müzakirə edildi. Tələbələr, alimlər və siyasətçilərin qatıldığı yığıncaqda Şərqşünaslıq İnstitutu Direktoru Prof. Rostislav Rıbakov, Rusiya Mədəniyyəti Mərkəzi Direktoru İgor Çubais, elm xadimlərindən Valeri Qaşin, Feliks Yurlov, Yevgeniya Yurlova və Dialoq Avrasiya Platforması Rusiya nümayəndəsi Əli Sami İldırım çıxış etdi. Başda Rıbakov olmaqla yığıncağa qatılan elm xadimləri zorakılığa etiraz mövzusunda Gandi ilə Gülənin fikirlərindəki bənzərliklərə diqqət çəkdi. Rıbakov: "Gülən zorakılığa etiraz edərək insanlığın yüksəlməsini istəyir. İndiki zəmanədə bu düşüncələrə sahib bir ziyalının olmasına əhəmiyyət verirəm. Dünya bu düşüncələrə sahib çıxa bilər," -dedi. Rusların Gandi və Güləni bilməməsindən şikayətlənən Jirinovski də, gənclərə nitq söyləməsi üçün Güləni Moskvaya dəvət etdi. "Da” Platformasından Ali Sami İldırım isə, 11 Sentyabr və Beslan hücumlarına Gülənin verdiyi reaksiyanı xatırlatdı: "Gülən, terroru insanlığa qarşı cinayət olaraq görür. Ona görə bir insanı öldürmək insanlığı qətl etməkdir."

Gandinin təlimlərində zorakılığa əl atmadan "haqda” israrlı olma təmayülü olduğunu ifadə edən Şərqşünaslıq İnstitutunun direktoru Rıbakov, Ganadan Kvame Nkrumah, ABŞ-dan Martin Lyüter King və Fəthullah Güləni bu cərəyanın davamçıları olaraq saydı. Gülən-Gandi bənzərliyinin yalnız özünəxas bir düşüncə olmadığını, Qərb alimlərinin bir çoxunun bu mövzuda həmfikir olduğunu vurğulayan Rıbakov: "Gülən insanlığın yeni və yüksək səviyyələrə ucalmasını istəyir. Bunun zorakılığa etiraz edərək yetişməsini istəyir. Və bunu fikir səviyyəsində insanların anlaması üçün çalışır. Məhz bunlar Gülənlə Gandini eyni nöqtədə birləşdirir. Əlbəttə, tamamilə eynilikdən söz etmirik," -dedi. İndiki zəmanədə bu düşüncələrə sahib bir ziyalının olmasına çox əhəmiyyət verdiyini ifadə edən Rus alimi: "Gülənin fikirləri artıq Türkiyə xaricinə daşdı. Bütün dünyanın sahib çıxa biləcəyi fikirlər," -deyə əlavə etdi.

Bu iki mütəfəkkirin fikirlərinin Rusiyada bilinməməsindən gileylənən Vladimir Jirinovski isə: "Hindistanda Goa turistik bölgəsinə səfər edən vətəndaşlarımıza soruşsan, orada narkotik naddə satan barları bilər. "Gandini tanıyırsınızmı?” –deyə soruşsanız, təəssüf ki, bilməz. Türkiyə üçün də eyni şeyləri demək olar. Ziyalılarımız belə Fəthullah Güləni tanımır. Türkiyə ilə əlaqədar turistik yerlər elan olunur. Xoşagəlməz hadisələr dilə gətirilir. Lakin bizə ən çox lazım olan filosof və mütəfəkkirlərin fikirləri bizə çatmır," -dedi.

"Da” Platformasının Rusiya nümayəndəsi İldırım da təlimlərində sərtliyə, radikallığq və zorakılığa yer verməyən Gülənin 11 Sentyabr və Beslan hücumlarına ilk reaksiya göstərən İslam Alimi olduğunu söylədi. İldırım: "Gülən, terroru insanlığa qarşı cinayət olaraq görür. Ona görə bir insanı öldürmək bütün insanlığı qətl etmək deməkdir," dedi. İldırımın çıxışını diqqətlə dinləyən tamaşaçılar nitqin sonunda onu böyük alqış tufanına tutdu.

Yığıncağa qatılan Rusiya Dövlət İqtisadiyyat Universitetinin Professoru Leonid Sükyanin də "Cihan” Xəbər Agentliyinə verdiyi müsahibədə, Gülənlə Gandi arasında zorakılığa etiraz məqamında bənzərlik olduğunu, lakin Gandi kimi Gülənin siyasət adamı olmadığını vurğuladı Sükyanin: "Gülən bir ziyalıdır. Mütəfəkkir, yazıçı və xalq lideri. Əsərlərində siyasətdən uzaq olduğunu da vurğulayır. Bu fərqi də görmək lazımdır: Gandi yaşadığı dövr və cəmiyyət üçün həll yoları göstərmişdi. Hal-hazırdakı dünyaının problemlərinə də Gülənin təlimində və əsərlərində həll tapa bilərik," -dedi.

Sükyaninə görə: "Hər iki lider də yaşadıqları dövrün problemlərini öz ənənəvi mədəniyyətlərindən yola çıxaraq həll yolları tapıblar. Gandi, Hinduizmin minlərlə illik ənənəsinə söykəndi. Gülən də İslam dininin təməl prinsipləri prizmasından zamanımızın problemlərinə baxır. Və yalnız bu təlimlərlə kifayətlənmir. Onları dövrümüzə uyğun formada, daha açıq-aydın şərh edir. Məhz bu bənzərliklər iki böyük insanın ortaq tərəfləridir."

Dünyanın sahiblənəcəyi düşüncələr

Elm adamları əvvəlki gün Rus parlamentində partiyaların qrup yığıncaqlarının keçirildiyi böyük salonda toplandı. "Müasir Dünya Üçün Gandinin Önəmi: Tarixi və İctimai Perspektiv” sərlövhəli yığıncaqda, Fəthullah Gülənin fikirlərindən də bütün dünyanın sahiblənə biləcəyi düşüncələr olaraq bəhs edildi.

Jirinovski, Güləni Moskvaya dəvət etdi

Rusiya Şərqşünaslıq İnstitutu ilə ortaq bir yığıncaq təşkil edən Rusiya Liberal Demokrat Partiyasının Rəhbəri Vladimir Jirinovski, "Cihan” Xəbər Agentliyinə verdiyi müsahibədə, Fəthullah Güləni Moskvaya dəvət edirik, dedi. Jirinovski: "Fəthullah Güləni Moskvaya dəvət edirik. Gəlib burada gənclərimizə nitq söyləsin. O Türkiyənin mənəvi xəzinəsidir. Bizdə belə şəxslər yoxdur. Bizdə yazıçılar var, bəstəkarlar var. Lakin dini liderlərimiz yoxdur. Gülən Bəy də Gandi kimi çox yaxşı insandır. Heç bir inqilab olmamalıdır. Gülənin söylədiyi kimi ruhən yumşalmalı və ağıllar fəth edilməlidir" -dedi.

Türkiyənin təklif etdiyi "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması”na tamamilə dəstək verdiyini qeyd edən Jirinovski: "Qafqaz ölkələri bu problemin həlli üçün bir araya gəlməlidirlər. Birlikdə bu problem həll edilə bilər. Əsrlərdir biz bu ərazidə yaşayırıq. Başqalarının bu əraziyə gəlmələrinə ehtiyac yoxdur. Tarixdə rus-türk orduları çox vuruşdu. Rusiya, Ermənistan, Azərbaycan, Gürcüstan da öz aralarında problemlər yaşadı. Ancaq öz problemimizi özümüz həll edə bilərik. Türkiyə ilə əməkdaşlığımız uzun zamandır davam edir," -şəklində danışdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.