Somali prezidentindən Fəthullah Gülənə təşəkkür

Somali prezidenti Şeyx Şərif Əhməd çıxışından sonra Kimsə Yoxmu Dərnəyi əməkdaşlarına təşəkkür lövhəsi verdi. Fəthullah Gülənin tələbələrinin Somalidə gözəl işlər gördüyünü və davamçılarının daima Somaliyə dəstək olduğunu bildirən Şərif Əhməd "Fəthullah Gülənə salam və təşəkkürlərimi göndərirəm" dedi.

Somalinin gələcəyi Türkiyədə inşa ediləcək

Kimsə Yoxmu Dərnəyi vətəndaş müharibəsi və quraqlığın hökm sürdüyü Somalidəki fəaliyyətlərinə bir yenisini də əlavə etdi. Dərnək istedadlı somalili gəncləri təhsil almaları üçün Türkiyəyə gətirdi.

Şeyx Şərif ƏhmədVida mərasimində çıxış edən Somali prezidenti Şeyx Şərif Əhməd Türkiyənin Somali üçün əhəmiyyətini vurğulayaraq şagird və tələbələri Türkiyənin elminə yiyələnməyi və ölkələrinə gətirməyi tövsiyə etdi.

Əsrin ən şiddətli quraqlığıyla üzləşən və Afrikanın ən kasıb ölkələrindən biri olan Somaliyə Türklərin dəstəyi davam edir. Ölkədəki aclıq problemi üçün ilk mərhələdə qida yardımı göndərən Kimsə Yoxmu Dərnəyi Somali Milli Təhsil Nazirliyi ilə birgə imtahan təşkil edərək yüksək nəticə əldə edən şagirdlərin təhsillərini Türkiyədə tamamlaması üçün bir layihəyə start verdi. Orta və ali məktəbdə oxuyan şagird və tələbələri imtahanla seçərək Somalidən Türkiyəyə gətirirlər. Gələn şagirdlər Türkiyənin müxtəlif bölgələrində təhsil verən əlli liseyə və yeddi vəqf universitetinə yerləşdiriləcək. Başlanğıc olaraq keçən həftə 49, dünən isə 300 şagird və tələbə gətirildi. Onların 288-i şagird, 12-si isə tələbədir.

Hədəf min tələbə və şagird gətirməkdir

Vida mərasimində çıxış edən Somali prezidenti Şeyx Şərif Əhməd Türkiyənin Somali üçün əhəmiyyətini vurğulayaraq şagird və tələbələri Türkiyənin elminə yiyələnməyi və ölkələrinə gətirməyi tövsiyə etdi. Növbəti həftə ərzində isə təxminən üç yüz şagird və tələbəni Türkiyəyə gətirməyi planlaşdırdıqlarını bildirən Kimsə Yoxmu Dərnəyinin Somali üzrə Koordinatoru Orxan Ərdoğan da "Hədəfimiz min şagirdin təhsil almasını təmin etməkdir" dedi.

“Türklərə canımız fəda!”

Türkiyəyə övladını oxumağa göndərən analardan biri Aişə Münassır Əbubəkir “Bugün” qəzetinə verdiyi müsahibədə Türkiyəyə minnətdarlığını və Baş Nazir Ərdoğana olan sevgisini dilə gətirdi. Aişə Münassır "Beş uşağım var, hamısını, inşallah, Türkiyəyə göndərəcəyəm. Türkləri çox sevirik, onlar bizim qardaşımızdır. Lazım gəlsə, canımız fəda olsun Türklərə... Uşaqlarım Türkiyəyə getdiyi üçün heç kədərlənmirəm, çünki bilirəm siz onlara öz uşağınız kimi sahib çıxacaqsınız. Baş naziriniz Ərdoğanı Somaliyə gəlincə görə bilmədim, çata bilmədim, İnşallah, yenə gələr. Televiziyalardan izləyirəm, onunla qürur duyuruq" dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.