"Sülh və Əminamanlıq Üçün Gülənin Fikir və Düşüncələrinə Ehtiyac Var"
Kaliforniya Universitetinin Dini Elmlər üzrə Professoru Audrey Vard dünyada sülh və əminamanlıq üçün Fəthullah Gülənin fikir və düşüncələrinə ehtiyac olduğunu söylədi.
Universitetdə dərs verməklə yanaşı Kaliforniya kilsələrində vəz verdiyini ifadə edən Audrey Vard, Fəthullah Gülənlə heç üz-üzə görüşməməsinə baxmayaraq, İngiliscə nəşr olunan bütün əsərlərini oxuduğunu söylədi. 10 günlük Türkiyəyə Anadolu gəzintisinə gələn 11 alim, din xadimi, keşiş, təqaüdçü, hakim və maqazin jurnalı yazıçısı Manavgatda Manavgat Mədəniyyətlərarası Dialoq Mərkəzində (MAKDİM) oldular. Ziyarətdə MAKDİM-in Rəhbəri Mesut Bişkin amerikalı qonaqlara dünyaca məşhur olan turizm şəhəri haqqında məlumat verdi. Manavgat Şəlaləsini və qədim Side şəhərinin qalıqlarını gəzən amerikalı qonaqlar, türk-amerikan dostluğunu möhkəmlətmək üçün onları qəbul edən Türk dostlarını Kaliforniyaya dəvət etdilər.
MAKDİM-də gəzinti ilə əlaqədar çıxış edən professor Audrey Vard, Fəthullah Gülənin əsərlərindən öyrəndiyi başqaları üçün yaşamaq, fədakarlıq və ehtiyacı olana əl uzatma, qonağı ən gözəl şəkildə qarşılamaq mədəniyyətinin türklərin genlərində var olduğunu müşahidə etdiyini söylədi. Beynəlxalq əlaqələr sahəsində mötəbər yeri olan "Foreign Policy" jurnalının "Yaşayan ən böyük 100 intellekt (ziyalı)" arasında Fəthullah Gülənin də olmasından sevinc duyduğunu ifadə edən Vard, Gülənin geniş din bilgisi və insanlığa verdiyi töhfə ilə bir intellekt olduğunu vurğuladı. Vard: "Bütün ilahi dinlərin təməlində sevgi və sülh var. İlahi dinlərin atası Həzrəti İbrahimdir. Gülənin əsərlərini oxuyanda insanlığa baxışım dəyişdi. Gülənin yazılarında ümumbəşəri sevgi var. Dünyada insanların birlikdə sülh və əminamanlıq içində yaşaması üçün Fəthullah Gülənin fikirlərinə ehtiyac var. Gülənin, fikir və düşüncələri insan mərkəzli olduğu üçün yazılarını oxuyanda gələcək adına ümidvar olur və ruhum cavanlaşır", -deyə söylədi.
- tarixində yaradılmışdır.