Şumendə Fəthullah Gülənin Bolqar Dilinə Tərcümə Edilmiş Üç Kitabının Təqdimatı Keçirildi
Şumendə Fəthullah Gülənin Bolqar dilinə tərcümə edilmiş üç kitabının təqdimatı keçirildi. Kitabların təqdimatına rəhbərlik edən məşhur teoloq və arxeoloq prof. dr. Totü Totev Fəthullah Gülənin fəlsəfə, din və əxlaq sahəsində dünya şöhrətli bir şəxsiyyət olduğunu qeyd edərək Onun əsərlərinin yüksək əxlaqi dəyərlər ehtiva etdiyini söylədi.
Şumenin "Stiliyan Çilingirov" Mərkəzi Kitabxanası ilə Şumen "Yepiskop Konstantin Preslavski" Universitetinin müştərək təşkil etdiyi təqdimat mərasimində Şumen Universitetinin doktorantı Mehmet Ömərin Türk dilindən Bolqar dilinə tərcümə etdiyi əsərlər Şumen xalqına tanıdıldı. Mərasimdə Fəthullah Gülənin "İnsanın Özündeki Sevgi", "Ölçüler ve ya Yoldakı Işıklar", "Yaradılış Gerçeği və Evrim" kitabları ilə yanaşı, (başqa bir müəllifin) "Müsəlman Elm Alimləri" kitabı da təqdim edildi. Təqdimatda iştirak edən dünya şöhrətli teoloq və arxeoloq prof. dr. Totü Totev Mehmet Ömərin əsasən Fəthullah Gülənin əsərlərini tərcümə etdiyini vurğuladı.
Fəthullah Gülənin fəlsəfə, din və əxlaq sahəsində dünya şöhrətli bir şəxsiyyət olduğunu ifadə edən prof. Totev tərcümə sahəsinin ayrıca bir sənət olduğunu söylədi. Fəthullah Gülənin əsərlərinin yüksək əxlaqi dəyərlər ehtiva etdiyini bildirən Bolqar alimi: "Müharibə romanları ustası böyük yazıçı Remark deyir ki: 'Böyük bir yazıçının əsərlərindən yalnız iki sətirinə toxunmaq insanı qanadlandırmağa kifayətdir'. Mən də Mehmet Ömərin Gülənin əsərlərini tərcümə edərkən qanadlandığını düşünürəm" - dedi.
Fəthullah Gülənin adi bir yazar olmadığını, buna görə də qələmə aldığı kitabların böyük elmi dəyər daşıdığını vurğulayan Totev konkret nümunələrlə danışdı: "Məsələn, "Yaradılış Gerçeği ve Evrim" kitabını götürək. Bilirsiniz ki, insanın yaradılışının səmavi dinlərlə heç bir əlaqəsinin olmadığını sübut etməyə çalışan Darvinin fikirlərinə bu gün də inananlar var. Ancaq Darvin özü də insanın dünyaya gəlişini elmi cəhətdən isbat edə bilmədi. Gülən insanın yaradılışı, həyatın meydana gəlməsi haqqında irəli sürülən görüşləri nəinki isbat edir, həmçinin ağıl sahibi insanın tamam fərqli əsaslar üzərində yaradıldığını göstərir. Uzun müddət təkamül nəzəriyyəsindən insanın şərəfini alçaltmaq, onun meymundan gəldiyini sübut etmək üçün istifadə etdilər".
Fəthullah Gülən Kamilləşmə Yolunu Göstərir
"Ölçüler ve ya Yoldakı Işıklar" kitabı haqqında da fikirlərini bildirən prof. Totü Totev yaxın zamanda "Quranın Hikməti" adlı bir kitabın çap olunacağı, İncildə yer alan hikmətli sözlərin nəşr olunduğunu, yəni elmin təməlinə nüfuz etmə səylərinin gözə çarpdığını vurğuladı. Geniş biliyə malik tolerant bir insan olan və ucuz sensasiyalardan uzaq dayanan Gülənin dünyanın bir nömrəli intellekti seçildiyini də xatırladan Bolqar aliminə görə, "insanları Gülənin ətrafında şanın başına uçuşan arılar kimi dolanırlar". Prof. Totevin fikrinə görə Gülən hər şeyi onlarla bölüşür və şərh edir, məsələləri dəyərləndirir və görüşlərini insan məntiqinə yaxınlaşdırır və kamilləşmə yolunu göstərir. Bütün bu mövzuların "Ölçüler" kitabında yer aldığını deyən Totev Gülənin böyük əxlaqçı və böyük mütəfəkkir olduğunu söylədi. Prof. Totev, "Müasir dövrdə əxlaq qanunlarını gündəmə gətirən mütəfəkkirlərin sayı çox deyil. Belə insanlar özlərindən sonra iz qoyurlar. Gülən də belə bir iz qoyacaq" dedi.
Fəthullah Gülən Bütün Əsərlərində İnsanları Tolerantlığa Çağırır
Fəthullah Gülənin "İnsanın Özündeki Sevgi" kitabının həcmcə böyük olmasa da, zəngin fikirlərlə dolu olduğunu vurğulayan Totev müsamihənin "bəsit xoş görmə" hadisəsi olmadığını, əksinə bir əxlaq, bir qanun olduğunu və hər qanunun bir-birimizə hörmət etmək üçün prinsiplər ehtiva etdiyini dilə gətirdi. Dünyada hər kəsə yer olduğunu və Gülənin bütün əsərlərində insanları tolerantlığa dəvət etdiyini söyləyən Bolqar elm adamı Gülənin əsərlərində heç bir şeyin artıq olmadığını, bunu hiss etmək üçün tərcüməçinin rolunun da böyük olduğunu ifadə etdi. Prof. Totü Totev: "Qarşımızda nəhəng şəxsiyyət dayanır, çünki hal-hazırda dünyada çox az insan əxlaq həqiqətlərini bizə təqdim edir," – dedi.
General Stoyan Andreyev: "İnsanın Özündeki Sevgi" Hər Bir Bolqar Ziyalısının Stolüstü Kitabı Olmalıdır
Təqdimatda çıxış edən Milli Təhlükəsizlik üzrə mütəxəssis General-leytenant prof. dr. Stoyan Andreyev bildirdi ki, Gülən terrorist fəlsəfə və ideologiyasının iç üzünü ifşa etməkdə böyük rol oynayır.
Andreyev Müsəlmanların arasından çox məsuliyyətsiz və cani macərapərəstlərin ortaya çıxdığını və İslamın pak imicinə xələl gətirdiyini və başda Amerikada olmaqla Avropada da bir çox insanın İslamla terrorizmin eyni şey olduğunu düşünməyə başladığını bildirdi. Bunun təhlükəli olduğunu, çünki dünyada Müsəlmanların sayı 2 milyardı keçdiyini və bu 2 milyard insanı digər 4 milyarda qarşı qızışdırmağın son dərəcə təhlükəli olduğunu vurğulayan General qeyd etdi ki, Bolqarıstanda da səthi düşüncəli bəzi siyasətçilərin aşıladığı və aşılamaqda olduğu bu kin Bolqarıstan üçün də çox təhlükəlidir, çünki Bolqarıstanda yaşayan Müsəlmanların sayı artıq 1 milyonu keçib.
Fəthullah Gülənin sözlərinin təkcə bir şüardan ibarət olmadığını dilə gətirən Andreyev bu fikirlərin dərin əsaslı sözlər olduğunu və Gülənin "İnsanın Özündeki Sevgi" adlı kitabında bizə bunu göstərdiyini ifadə etdi. General Andreyev: "Buna görə mən düşünürəm ki, bu kitab 100 min tirajla çap olunmalı və hər ailə nəinki bu kitabı oxumalı, Quran, İncil və böyük mənəvi dəyəri olan digər kitabları kitabxanada saxladığı kimi, evində də saxlamalıdır. Bu kitab terrorla mübarizədə canlı bir ensiklopediyadır" dedi.
Mehmet Ömər: "Fəthullah Gülən Dialoqu İslami Düşüncənin Bir Konsepsiyası Kimi Ön Plana Çəkmişdir"
Fəthullah Gülənin əsərlərinin tərcüməsi ilə bağlı fəaliyyətindən danışan Mehmet Ömərin fikrincə Fəthullah Gülən dialoqu İslami Düşüncənin bir konsepsiyası kimi ön plana çəkmişdir. Bu baxımdan dünyanın Gülən kimi mütəfəkkirlərə həqiqətən çox ehtiyacı olduğunu vurğulayan Ömər, Gülənin dialoq fikirlərinin bütün dünyaya şamil olduğunu vurğuladı. Gülənin nəzərində dialoqu irəli sürənlərin dini mənsubiyyətinin – istər müsəlman, istər xristian və ya başqası tərəfindən olsun – əhəmiyyətli olmadığını söyləyən tərcüməçiyə görə, elə bir dialoq anlayışıdır ki, böyük əksəriyyətin ağlına gələ bilməz. Gülənə görə dialoqun insanın mahiyyətindəki sevgidən qaynaqlandığını ifadə edən Mehmet Ömər çıxışını Gülənin "sevginin dünyaya gələn hər varlıqda ən əsaslı bir ünsür, ən parlaq bir nur, ən böyük bir qüvvətdir və bu qüvvətin qarşısında yer üzündə heç bir şey davam gətirə bilməz" sözləri ilə tamamladı.
- tarixində yaradılmışdır.