Türk məktəbləri afrikalıların ağdərililərə münasibətini dəyişdirdi
İstanbulda səfərdə olan Afrikanın dini liderləri dünyanın bir çox ölkəsində olduğu kimi, Qara Qitədə də təhsillə könülləri fəth edən Türk məktəblərindən təqdirlə danışdılar. Ölkəsində Türk məktəbi olmayan Komorlar Respublikasının sabiq prezidenti Abdallah Mohamed Sambi: "Türk məktəbləri Afrikalıların ağdərililərə münasibətini dəyişdirdi. Mənim ölkəmdə də səbirsizliklə açılmasını gözləyirəm" – dedi.
Diyanət İşləri Başqanlığının bu il ikinci dəfə təşkil etdiyi “Afrika Müsəlman Dini Liderlər Zirvəsi”nə Afrikanın 46 ölkəsindən 125 dini lider qatıldı. Problemlər və onların həll yolları haqda müzakirə aparılan tədbirdə Türk məktəblərinin uğurları alqışlandı. Məktəbləri alqışlayan liderlər: "Afrikanın təhsil sahəsinə daha çox sərmayə qoyun" dedilər. Xeyriyyəçilərin Qurban Bayramında başlatdığı səfərbərliyi də unutmayan liderlər Türkiyənin xalqın könlündə sarsılmaz bir yeri olduğunu bildirdilər. Təhsil, iqtisadiyyat, səhiyyə və missionerlik fəaliyyətləri kimi məsələlərdə böyük problemlərlə qarşılaşdıqlarını bildirən iştirakçılar Türkiyənin rəhbərliyində Afrikanın problemlərinə həll tapmaq üçün beynəlxalq komissiya qurulmasını təklif etdi.
"Türk məktəbləri Afrikalıların ağdərililərə münasibətini dəyişdirdi. Mənim ölkəmdə də səbirsizliklə açılmasını gözləyirəm."“Qardaşlıq görüşü” şüarı ilə İstanbulun Konrad hotelində başlayan zirvədə Türkiyə-Afrika əlaqələri müzakirə olundu. Türkiyənin Afrika ilə dərin tarixi keçmişə malik olduğunu deyən Diyanət İşlərinin Sədri prof. dr. Mehmet Görməz Türk xalqının daim Qara Qitənin yanında olduğunu söylədi. Görməz Van zəlzələsindən sonra Türkiyədə təhsil alan somalili tələbələrin təqaüdlərini zərər çəkənlərə bağışladıqlarını xatırladaraq, "Bu da göstərir ki, aramızda sarsılmaz qardaşlıq əlaqələri var" dedi. Ölkəsində ən böyük problemlərdən birinin təhsil olduğunu dilə gətirən Komor adaları Respublikasının sabiq rəhbəri Abdallah Mohamed Sambi Afrikanın bir çox ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin uğurlarından danışdı. "Türk məktəbləri Afrikanın ağdərililərə münasibətini dəyişdirdi. Onlar İslamı təhsillə birlikdə çox gözəl təmsil edir" deyən Sambi: "Ancaq mənim ölkəmdə hələ açılmayıb və səbirsizliklə açılmasını gözləyirik. Bunun üçün təkliflərimi bildirmişəm" deyə əlavə etdi. Nigeriya Bornu Sultanı Abu Bakar İbn Umar Qarbai əl-Kanemi də Türkiyənin Afrikada həyata keçirdiyi təhsil fəaliyyətinə görə gələcəkdə xeyirlə yad ediləcəyini vurğulayaraq "Afrika xalqı, Türkiyənin yardımını heç vaxt unutmayacaq. Təhsil qurumları gələcəyimizin ümididir" dedi.
Zirvədə iştirak edən Uqanda Müftisi Şaban Mubaje Türk yardım sevərlərin Qurban Bayramında ölkəsinə etdikləri yardıma görə təşəkkür etdi. Mubaje: "Türkiyə minlərlə ailəyə payladığı qurban əti sayəsində xalqımızın könülündə taxt qurdu" – dedi. Mali dövləti Yüksək İslam Şurasının Sədri Mahmud Diko isə Afrikanın problemlərinin həlli üçün Türkiyənin rəhbərliyində bir komissiya qurulmasını təklif etdi.
- tarixində yaradılmışdır.