"Türk milləti Türk məktəbləri ilə İslama xidməti davam etdirir"
Sudan Dövlət Başçısı Ömər Həsən Əlbəşirin xüsusi dəvəti ilə Sudana gələn Ərəb dünyasının məşhur simaları paytaxt Xartumda fəaliyyət göstərən Türk məktəbinə də baş çəkdilər. Ziyarət əsnasında Səudiyyə Ərəbistanının məşhur iş adamlarından Abdullah Başərahi Baş Nazir Rəcəb Tayib Ərdoğanın Türk və Ərəb xalqının hislərinə tərcüman olduğunu deyərək ona yazdığı şeiri oxudu. Şeirində Başərahi Ərdoğanı bir xalq qəhrəmanı kimi təsvir edir.
Sudan Dövlət BaşçısıƏgər Türk insanı buralarda belə gözəl təhsil ocaqlarını açırsa, bu, onun Sudana və sudanlılara nə qədər dəyər verdiyini göstərir.Əl-Əzhər Universitetinin sabiq rektorlarından Əhməd Ömər Haşim də İslam aləminə illərlə xidmət edən Türk millətinin gözəl işlərini hər yerdə görməkdən məmnun olduqlarını, Sudanda fəaliyyət göstərən Türk məktəblərinin də bu mirasın gözəl bir nümunəsi olduğunu qeyd etdi. Türkiyə və Türk xalqının Ərəb dünyası üçün gözəl örnək olduğunu bildirən Haşim "Əgər Türk insanı buralarda belə gözəl təhsil ocaqlarını açırsa, bu, onun Sudana və sudanlılara nə qədər dəyər verdiyini göstərir" dedi.
Məktəbə baş çəkənlər arasında Misirin məşhur tarixçilərindən Əbdülhəlim Uveys və Sudanın Mədəniyyət Naziri Əli Makuk ilə çox sayda valideynlər də vardı.
Türk məktəbinin sudanlı və Türk şagirdləri gələn qonaqlara şeirlər, mahnılar, yerli xalq rəqsləri və səmazən səhnələri ilə unudulmaz anlar yaşatdılar. Sudan Müşavirə Heyətinin Sədri Əbu Əli Məczub Türk dövləti və Türk xalqına Sudanda həyata keçirdikləri gözəl fəaliyyətlərinə görə təşəkkürünü bildirdi. Əli Sudan Türk məktəblərinin iki ölkə arasında könüllü səfirlik vəzifəsini də öhdəsinə götürdüyünü vurğuladı.
Tədbirdə çıxış edən Türkiyənin Xartumdakı Səfiri Ərdoğan Kök Sudanın çox şanslı bir ölkə olduğunu vurğulayaraq belə dedi: "Sudan insanı xoş xasiyyətli və istiqanlıdır. Türk insanı ilə çox gözəl dialoq qura bilir. Tarixdən gələn ümumi və möhkəm əlaqələrimiz var. Bizlər birlikdə yaşaya bilən iki qardaş toplumuq. Ümid edirəm, bu dostluğumuz gələcəkdə də möhkəmlənərək davam edər".
- tarixində yaradılmışdır.