Uqandada Gülən Seminarı
100-dən çox elm adamı və Uqandanın rəsmiləri Gülən seminarında bir araya gəldi. Seminarda Gülən Hərəkatı və Hərəkatın dünya sülhünə verdiyi töhfə haqqında müzakirələr aparıldı. Tədbirin iştirakçılarından biri də dinlərarası dialoq fəaliyyətləri ilə tanınan porof. Tomas Mişel idi. O "Adanmışlar Hərəkatı"ndan söhbət açdı: "Mən möhtərəm Fəthullah Gülənlə tanış olanda sonra Allaha hörmətin nə demək olduğunu başa düşdüm. Bu hərəkat sırf Allah rizası üçün fəaliyyət göstərir".
Seminarda iştirak edənlərin arasında Ugandanın Baş Nazir Müavini General Mozez Ali də vardı. Ali “Gülən Hərəkatı dünyanın ehtiyacı olan sülhü təmin edir” – dedi.
"Dünyanın sülhə ən çox möhtac olduğu bir dövrdə yaşayırıq. Gülən Hərəkatı bütün insanlığı bu sülhə dəvət edən bir hərəkatdır".
Seminar iştirakçıların verdiyi suallar cavablandırılandan sona yekunlaşdı.
- tarixində yaradılmışdır.