Xarici diplomatlar Gülən Fəaliyyətini müzakirə etdi
Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) Ankara nümayəndəliyi tərəfindən verilən nahar ziyafətində "Gülen Hareketi" kitabının müəllifi prof. Helen Rouz Ebaufla (Helen Rose Ebaugh) xarici diplomatlar bir araya gəlib "Könüllülər Həarəkatı"nı müzakirə etdilər.
Ziyafətə AB Türkiyə nümayəndə heyəti ilə birlikdə Səudiyyə Ərəbistanı, Braziliya, Fas, Rusiya, Estoniya, Almaniya, Norveç, Finlandiya, Kanada və Polşadan nümayəndələr də qatıldı. Prof. Ebaufun "Gülen Hareketi" kitabı və Fəaliyyətin mahiyyəti və işləri haqqında verdiyi qısa məlumatdan sonra sual-cavab qismində Fəaliyyətin qeyri-müsəlman, Kürd və Şiə könüllüləri və iqtidarla olan əlaqəsi haqqında danışıldı.
Prof. Ebauf Almaniya diplomatının "Fəaliyyətin qeyri-müsəlman tərəfdarları" haqqında verdiyi sualını təkcə Hyustonda yüzlərlə qeyri-müsəlmanın Fəaliyyətə dəstək verdiyini bildirərək cavablandırdı. Braziliya diplomatının "Kürd və Şiə icmalarına mənsub insanların Fəaliyyətdə iştirak edib-etməməsi" barəsində sualı isə salonda olan bir könüllülülün həm Kürd, həm də Şiə ailəsindən olduğunu söyləməsi ilə cavablandırıldı.
Son olaraq Fəaliyyətin AK Partiya hökuməti ilə əlaqələri haqqında suala cavab verən prof. Ebauf Fəaliyyətin müəyyən dəyərlər əsasında hərəkət etdiyini, hökumətə konkret dəstək vermədiyini bildirdi. Prof. Ebauf buna nümunə kimi Fəthullah Gülənin referenduma dəstəyinə müqabil Mavi Mərmərə hadisəsində məsafəli yanaşmasını xatırlatdı.
- tarixində yaradılmışdır.