Xocaəfəndidən Afrika xalqına yardım
Şərqi Afrika ölkələrində tüğyan edən son 50 ilin ən böyük quraqlığı milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoymuşdur.
Quraqlıq səsbəbi ilə 11 milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşməsi yardım kampaniyalarına təkan verdi. Fəthullah Gülən Xocaəfəndi də səsli və yazılı əsərlərindən əldə edilən gəlirdən 10 min dollar Kimsə Yoxmu Dərnəyi vasitəsilə Şərqi Afrika ölkələrinə bağışladı.
Son 50 ilin ən böyük quraqlığı ilə üzləşən Somali başda olmaqla Keniya, Efiopiya və Cibutidə qıtlıq hökm sürür. Ev-eşiyini tərk etmək məcburiyyətində qalan minlərlə insan qida və sığınacaq tapmaq ümidiylə immiqrant düşərgələrinə axın edir. Get-gedə artan bu köçlər zamanı illərdir aclığın pəncəsində inləyən yüzlərlə insan yollarda həlak olur. Artıq Birləşmiş Millətlər Təşkilatı da dünya dövlətlərini təcili köməyə çağırdı.
- tarixində yaradılmışdır.