Xocaəfəndidən bayram ismarıcı
Bayramı Türkiyədən ziyarətinə gələn qonaqlarla qarşılayan Xocaəfəndi mühüm məsələlərə təmas etdi.
Fəthullah Gülən Xocaəfəndi bayramın sülh üçün bir fürsət olduğunu söylədi. Xocaəfəndi Ramazan Bayramını ölkəsindən uzaq, 12-ci ilinə qədəm basdığı Amerikada ziyarətinə gələn Türk qonaqlarla birlikdə qarşıladı. Bayram namazından sonra ailələr və körpələrlə bir-bir bayramlaşan Xocaəfəndi balaca qonaqlara şokolad payladı. Nahar süfrəsində bayram ismarıcı verən Gülən Xocaəfəndi: "Ramazanın və bayramın dəyərini qavramaq bir az inanmaqdan asılıdır. İnamını mütəmadi yeniləməkdən asılıdır. İnsan düşüncə və imanını mütəmadi yeniləyə bilirsə, hər şeyi tər-təzə duya bilər" – dedi. Bir tərəfdən Ramazanla vidalaşmağın kədərini, digər tərəfdən də bayrama qovuşma sevincini yaşadığını dilə gətirən Xocaəfəndi, "Bayram təkcə əyləncə deyil... Ümid edirik ki, Haqq Təalanın əfvinə nail olmuşuq. Ümid edirik ki, Allah qəbul etmişdir" – deyə qeyd etdi. Bayramları “fürsət günü” kimi təsvir edən Xocaəfəndi belə dedi: "Bəzi insanlar bundan narahat ola bilər. Dialoqdan da, xoşgörüdən də narahat olanlar var və bunu müsəlmanlıq kimi qələmə verirlər. Bu cür yanaşma bəşəriyyətə sülh, əmin-amanlıq və dostluq gətirməz".
İnsan ürəyinin yumşaldığı bu dəqiqələri fürsət bilib dialoq üçün dəyərləndirmənin zərurətindən danışan Gülən Xocaəfəndi mühüm bir xəbərdarlıq etdi: "Vəhşətin bu qədər çoxaldığı bir dövrdə, atom bombalarının, nüvə bombalarının insanlığı təhtid etdiyi bir dövrdə İslam və dünya sülhü təmsilçiləri bu məsələyə əhəmiyyət verməsələr, insanlığın yarısı ölə bilər". Müharibələrin dialoq kimi fəaliyyətlərlə qarşısı alınmasa, insanlığın gələcəyi böyük təhlükə gözlədiyini vurğulayan Xocaəfəndi belə tövsiyə etdi: "İnsanlar arasında sülh körpüləri qurulmalı. Bayram da bu cür fəaliyyətlər üçün vəsilə sayılmalı. Heç kimə qarşı qərəzli olmamalıyıq. İnsana olan hörmətimizi göstərməliyik". İnsana hörmət etmək dinin tələbi olduğunu deyən Xocaəfəndi sözlərini belə tamamladı: "Əhsəni-təqvimdə yaradılan insana hörmətin ayrı yeri var. Mövqeyinə, vəziyyətinə, keyfiyyətinə, dəyərinə görə hər şeyə hörmət etmək lazımdır. Məncə, bu mövzuda nöqsanımız olmamalı. İnsanlığın buna ehtiyacı var".
- tarixində yaradılmışdır.