“Gülen Hareketi” Kitabının İmza Gününə Böyük Maraq
Gülən Hərəkatı (Gülen Hareketi) kitabının müəllifi amerikalı sosioloq prof. dr. Helen Rouz İbahın (Helen Rose Ebaugh) İzmir “D&R”dakı imza günü izdihamlı keçdi.
Müəllif iki saat çəkən tədbirdə 3 min kitab imzaladı. Minlərlə oxucu isə gələnlərin çoxluğundan, izdihamdan əli boş qayıtmalı oldu. İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzinin rəhbərliyi ilə keçirilən tədbirdə meydana gələn izdiham mağaza ətrafında tıxac meydana gətirdi, piyadalar isə yeriməyə yol tapmadılar. İnsanların böyük marağından çox məmnun olan prof. dr. İbah təəssüratını: "Bu, insanların elmi işə nə qədər maraq göstərdiyini ortaya qoyur. Xüsusilə, ana-ataları ilə birlikdə gələn uşaqları görmək məni çox sevindirdi”, - sözləri ilə ifadə etdi.
Helen Rouz İbah bütün dünyada kitabının təqdimatına bundan sonra da davam edəcəyini bildirdi. Amerikalı sosioloq bu axşam saat 20.30-da Qaya İzmir Otelində “İnkişaf Edən Türkiyədə Sivil Toplum Hərəkatı: Xidmət Hərəkatı” adlı konfrans verəcək. İmza üçün sıra gözləyənlərdən Günseli Türkoğlu isə, "Kitabı əvvəlcədən alıb oxumuşdum. Çox bəyəndim və təsirləndim. Amerikalı bir sosioloqun bu Hərəkatı araşdırması çox əhəmiyyətlidir. Özü ilə də şəxsən görüşmək üçün gəlmişəm" dedi. Əvvllər kitabı bir yoldaşından götürüb bir fəslini oxuyan Aişə Boyar da: "Bir əcnəbinin Fəthullah Güləni anlaması və izah etməsi çox gözəl bir haldır. Bununla bizə də kömək etdi" – dedi. Kitabı sevə-sevə oxuduğunu deyən Sabahat Aytekin: "Çox xoşuma gəldi. Ümumbəşəri bir sevgi hərəkatı olduğunu, ümid edirəm ki, hər kəs gördü" söylədi.
- tarixində yaradılmışdır.