Zəkat vəzi (24 noyabr 1978)

Zəkat vəzi (24 noyabr 1978)

Bu səhifədə Fəthullah Gülən Xocaəfəndinin 24 noyabr 1978-ci il tarixində İzmirdə Bornova Mərkəz məscidində verdiyi “Zəkatın cəmiyyətə faydaları” adlı vəzi dinləyə bilərsiniz.

Vəz

  • Ayə və hədislərdə zəkatla namazın adı qoşa çəkilir. Mömin namaz sayəsində mirac səfərini başa vurur, zəkat sayəsində isə malını əbədiləşdirir.
  • Zəkat “burjua sədəqəsi” deyil, əksinə kasıbı dilənçilikdən qurtarır, zənginə də malın həqiqi Sahibini xatırladır.
  • Ayə və hədislərdə zəkatın mənası, əhəmiyyəti və ictimai həyatdakı rolu. Zəkat verənin xəsislik hissini, alanın da həsəd və kinini aradan qaldırır. Zəkat zəngin insanı pulu və maddi imkanlarını dövrəyə buraxmağa sövq edir.
  • Ayə və hədislərdə malı yığıb saxlayanları gözləyən acınacaqlı aqibət və bunun iqtisadi və ictimai həyata verdiyi zərərlər.
  • Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) vəfatından sonra zəkat verməkdən imtina edən zümrənin ortaya çıxması və Həzrəti Əbu Bəkirin (radiyallahu anh) onlara qarşı mübarizəsi.
  • Zəkatın cəmiyyətə faydaları.
  • Zəkat insandakı maddəpərəstliyi (dünya malına hədsiz məhəbbət bəsləmək) aradan qaldıraraq onu Allaha (cəllə cəlaluhu) yaxınlaşdırır.
  • Zəkat insadakı mal-mülk sevgisini düzgün istiqamətləndirib məcazi hərislikdən (mal-mülkə olan hərislik) axirət nemətlərini qazanmaqda istifadə etməyə sövq edir.
  • Zəkat cəmiyyətdə etibarın təminatıdır.
  • Zəkat verən insan mükəlləfiyyətini yerinə yetirdiyi üçün Allahın himayəsi altındadır.
  • Zəkat verən insan ilahi əxlaqa yiyələnər və ilahi lütflərə nail olar.

Xütbə

  • Yalnız xeyirxahlıq yolunda sərf edilən mallar əbədiləşir və bu mallar sonsuz səadətin təminatıdır.
  • Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) qapısına gələni əliboş göndərməzdi, verəcək bir şeyi olmayanda isə vəd edərdi.
  • Dünya sərvətini görüb yol azmamaq üçün Allahın (cəllə cəlaluhu) verdiyi nemətləri buyurduğu şəkildə sərf etmək lazımdır.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.