Sənə Sığınıram, Allahım!

Sual: Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm):

اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلمٍ لاَ يَنْفَعُ وَمِنْ قَلبٍ لاَ يَخْشَعُ وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ وَمِنْ دَعْوَةٍ لاَ يُسْتَجَابُ لَهَا

"Allahım! Fayda verməyən elmdən, Sənə ehtiramda ürpərməyən qəlbdən, doymayan nəfsdən və qəbul edilməyən duadan Sənə sığınıram" sözləri ilə istiazə etdiyi xüsusları müasir xəstəlik və ehtiyaclar aspektindən dəyərləndirə bilərsiniz?

  • Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) bu duası müəyyən vaxtla məhdudlaşan dualara daxil deyil. Həsən Şazəli və Nablusi kimi şəxslər də övradlarında (virdlərində) bu duanı təkrar etmişdir. (01:30)
  • Məncə Peyğəmbərimizin bütün sözləri, əgər "hədis bilməna" (mənası Peyğəmbərimizdən sözləri rəvayət edənə aid olan hədislər)" şəklində nəql edilməyibsə, "cəvamiül-kəlim"dəndir. Yəni az sözlə çox məna ifadə edən ifadələrdir. (02:10)
  • Bu hədisi müxtəlif yerlərdə rəvayət edilsə də, kəlmələrində fərq yoxdur. (03:00)
  • Peyğəmbərimiz (əleyhissalatu vəssalam) bu xüsuslardan Allaha elə sığınır ki, sanki, Şeytandan Allaha sığınır. (04:00)
  • Birinci xüsus: "Allahım! Faydasız elmdən Sənə sığınıram". (04:20)
  • Nəzəri və əməli xüsuslar... (04:30)
  • İnsan nəzəri məsələləri təfəkkürlə, tədəbbürlə (tədbirlə, yəni başlanğıc və sonunu düşünərək hərəkət etmək), təzəkkürlə (bir məsələni heyətlə ətraflı şəkildə müzakirə etmək) və ya kiminsə nəsihəti və irşadı ilə öyrənə bilər. Lakin əsas məsələ – yəni onun səmərəli hala gəlməsi, toxumdan ağaca çevrilməsi əməldən asılıdır. Həqiqi hikmət də budur, Zati-Uluhiyyəti də ancaq bu şəkildə dərk etmək olar. İnsan nəzəri və əməli xüsusların kəsişdiyi nöqtəni dərk edə, bu iki xüsusu birlikdə dəyərləndirə bilsə, həqiqi hikmətə çata bilər. (05:30)
  • İnsanın yer üzündə xəlifə olmasının hikməti və mənası… (06:00)
  • Nəzəri və əməli elm bir-biri ilə bağlıdır. Əməli elmin olması ilk növbədə nəzəri elmin varlığından asılıdır. (07:30)
  • Əsas məsələ elmi faydalı, yararlı şəklə salmaqdır. Onu insanlar üçün faydalı hala gətirmək lazımdır. Burada nəzəri elmdən Allaha sığınma məqamı var. (08:30)
  • İkinci xüsus: "Xüşusuz qəlbdən Allaha sığınıram". (10:20)
  • Əslində həqiqi elmlə qəlbin xüşu və xəşyəti arasında da bağlılıq var. "Allaha qarşı həqiqi xəşyət hissini alimlər duyur". (10:40)
  • Əslində, nəzəri biliyi olana "alim" deyilmir; "alim" o bilikləri dəyərləndirərək həyata keçirəndir. Elminə əməl etməyən cahildir. (11:00)
  • Nəzərilik pilləsindən əməli pilləyə qədəm qoyan bilik qəlbdə ürfan pətəyinə çevrilir. "Vicdan kültürü" də adlandırdığımız bu xüsus insanın qəlbində Allaha və Peyğəmbərə məhəbbət oyadır. Bu məhəbbət də qəlbdə "liqaullah (Allaha qovuşma)" arzusunu hasil edir. (13:00)
  • Qəlbin "bərpası", "abadlığı", əhyası, canlılığı, xüsusilə lətifeyi-Rəbbaniyyənin (Allahı dərk edən ruhi ağıl mahiyyətindəki mələkə) canlılığı, onun bir dərinliyi olan "sirr"in, xafinin, axfanın canlılığı əsasən nəzəri elmdən və onun əməli elmə çevrilməsindən asılıdır. Buna binaən də xüşunun səviyyələri vardır. (17:00)
  • Üçüncü xüsus: "Doymayan nəfsdən Sənə sığınıram". (17:30)
  • İnsanın (insan olaraq) digər canlılardan fərqini və səviyyəsini qoruya bilmədikdə heyvandan aşağı dərəcəyə düşməsi... (19:00)
  • İnsan varlıq aləminin bir föhristi (mündəricatı) kimi yaradılmışdır. Bu qədər mükəmməl yaradılışa malik insan özündən daha aşağı səviyyədə olan varlıqlar kimi yaşamamalıdır. (20:20)
  • O Zat (əleyhissalatu vəssalam) hər zaman bu vəziyyətdən, xislətdən uzaq olmuşdur. O, elə bil, "Müstəğniyi-aləlitlaq (Heç bir şeyə heç bir surətdə ehtiyacı olmayan)" idi. Məcazi mənada Ona da "Müstəğniyi-aləlitlaq" demək olar. Öz adından deyil, rəhbərliyi baxımından bizi tənbeh edir. (21:30)
  • Dördüncü xüsus: "İcabət ediləməyən (cavabsız qalan) duadan da Sənə sığınıram". (22:40)
  • Duaya icabət etmək başqa, diləyin olduğu kimi verilməsi başqadır. (24:00)
  • "Allah laği və lahi olan (qeyri-ciddi) duaya icabət etməz" (24:30)
  • Nə qədər ki tələskənlik etmirsiniz, duanız cavabsız qalmaz. "Tələskənlik etmək" nə deməkdir? "Nə qədər dua edirəm, qəbul olunmur" deməkdir. (26:30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.