Ana-Ata Hüzura Möhtac

Sual: Dinimizdə ana-ata başda olmaqla yaşlı insanları bərəkətə vəsilə və bəlalara qarşı sipər kimi qəbul edilir. Amma müasir dövrdə şahid oluruq ki, bəzi möminlər onları yük kimi görür, az və ya çox onlara zülm edirlər. Gündən-günə böyüyən bu problemin qarşısını almaq üçün nə etməliyik?

  • Təəssüf ki, çağdaş dövrdə bir çox dəyərlər unudulmuş, ailə və cəmiyyət əsasları yerlə yeksan olmuşdur. Ana-ata hüququ da təbii ki, bu ümumi böhrandan öz ziyan çəkir. Dövrün ərköyün nəsilləri insan üçün ən hörmətli bu iki müqəddəs varlığı sadəcə bir yük kimi görməyə başladı. Əfsuslar olsun ki, indiki dövrdə yalnız Allaha hörmətsizlik edənlərin içindən deyil, Onu sevdiyini deyənlər içindən belə ana və atanın varlığından narahat olan, yaşamalarından bezən və daim onlara hörmətsizlik edən insanlığını itirmiş varlıqlar peyda oldu. (01.00)
  • Bu tənəzzülün dirçəlişi və pozulanın yenidən düzəldilməsi üçün ilk öncə öz mədəniyyətimizi mənimsəməyə və öz kimliyimizə dönmək üçün millət olaraq ciddi bir reabilitasiyaya (özünü bərpa) ehtiyacımız var. Daha sonra, təhsildən arxitekturaya qədər hər sahəyə ailəni qoruma və silei-rəhmi (qohum-əqrəba) nəzərə alma mülahizəsilə müdaxilə etmək lazımdır. Əsasını dinimizdən aldığımız və əsrlərlə öz kültürümüzlə bir qəlibə tökdüyümüz ailə və qohum-əqrəba (silə) anlayışımızın qiymətini anlamasaq, o kültürün dəyərlərini yenidən əldə etməsək, gəlin və bəyi buna görə yetişdirib övlad və nəvələri buna öyrəşdirməsək, tikdiyimiz evlərin arxitekturasını bu məqsədə uyğun qurub ana-ata və ya nənə-baba üçün yarı birgə, yarı müstəqil xanalar, otaqlar hazırlayaraq onlara istədikləri vaxt söz demə, istədiklərində də nəvələrinə nəvaziş göstərmə fürsəti verməsək o əvvəlki səadət dolu günləri və o gül dövrünün könüllərə dərman olan ab-havasını bir daha ciyərlərimizə çəkmək mümkün deyil. (06.49)
  • Ana-atanın haqqını, hüququnu itirənlər əbədiyyəti də itirənlərdir. And içməyi sevməyən Nur müəllifi valideynin haqqından bəhs edərkən bir neçə dəfə: "Sözümə qənaət et, and içirəm ki, bu həqiqət mütləqdir..." deyir. Başqa əsərlərində belə ifadələrə rast gəlmək olmur. Toxunduğu mövzularda əsaslı dəlillər ortaya qoymaqla və ağıla xitab etməklə kifayətlənir. Lakin mövzu ana-atadan düşəndə bir haray olub inləyir; onların xor, alçaq görülməsinə qarşı fəryadü-fəğan edir. (09.48)
  • Allah-Təala ana-atanı "valideyn" adlandırıb ikisini bir varlıq kimi göstərir, Öz hüququnu zikr etdikdən sonra dərhal ana-atanın hüququnu nəzərə çatdırır, belə ki, mövzu ilə bağlı ayələrdə hətta Peyğəmbər hüququ bu iki hüququn arasına girmir. Məsələn, Cənabi- Haqq: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur" (İsra, 17/23) buyurur və Öz hüququ ilə valideynin hüququnu yan-yana, bərabər vurğulayır. Sonra da: “Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” deyə əmr edir. (11.00)
  • Əslində, ana-atanın hüququnun tapdalanması Qərb və onun kültürünün nəticəsidir. Bu acı tablo ailə müəssisəsindən məhrum, yuva istiliyini heç duya bilməmiş; müəyyən yaşa qədər ata evini otel kimi istifadə edən, yetkinliyə çatandan sonra da ana-atasını tərk edib başqa bir yerə gedə bilən insanların əsəridir. Çox təəssüf ki, son illərdə biz də bir zamanlar uzaqdan heyrətlə seyr etdiyimiz bu tablonun bir parçası olduq. Bəlkə, uzun müddət müqavimət göstərdik; cədşahi (ataların idarə etdiyi, hakim olduğu ailə) ailələrimizi və yuvamızın müqəddəsliyini qorumağa çalışdıq, lakin əfsuslar olsun, tufan çox şiddətli idi. Nəhayət, biz də modernlik qiyafəsi ilə iqlimimizdə tüğyan edən bu fırtınaya məğlub olduq. (13.45)
  • Təəssüf ki, artıq ana-atalar yalqızlığa və kimsəsizliyə məhkum olaraq yaşayırlar; bir az yaşlanıb əldən-ayaqdan düşüncə onları qocalar evinə atırlar. Əvvəllər "darüləcəzə (qocalar evi)" adlanan, indi isə "qocalar evi" olan, lakin uşaqları tərəfindən atılmışların hicran yurdu olan bu yerlərdə ildə bir gün verilən çiçəklə ovunmağa çalışırlar. Halbuki, insan uşaqlarını bağrına basa bilmədiyi, nəvələrini qucağına ala bilmədiyi, qayğı ilə böyütdüyü balalarını oxşaya bilmədiyi və onlara baxıb "Balalarım!.." deyə bilmədiyi bir yerdə necə xoşbəxt olar!.. (15.52)
  • Ustad Həzrətləri belə buyurur: axirət qardaşlarımdan Mustafa Çavuş adlı bir nəfər vardı. Dinində və dünyəvi işlərində çox müvəffəqiyyətli görürdüm. Sirrini bilməzdim. Sonra başa düşdüm ki, o müvəffəqiyyətin səbəbi onun qoca ata və anasının haqqını başa düşməsi və o haqqa tam riayət etməsi imiş. Onlar sayəsində rahatlığa və rəhmətə qovuşmuş. İnşaallah, axirətini də abad etmiş. Bəxtiyar və xoşbəxt olmaq istəyən ona oxşamalıdır. (23.42)
  • Heç olmasa bəziləri müasirlik örtüyü ilə iqlimimizə girmiş bu Qərb vəbasına "Dayan!" deməlidir. "Tam əldə olunmayan tamamilə də tərk edilməz" qaydasına əsasən ana- ata hüququ məsələsinə də işin bir ucundan başlamaq lazımdır. Cahiliyyə dövründən sonra Əsri-Səadətin gəlməsi, yenidən xoşbəxt cəmiyyətin qurulması xüsusunda bütün dövrlər üçün bir ümid qaynağıdır. (27.48)
  • İki göz yaşardan və ibrətamiz xatirə… (31.41)