Artır Allahım!..

Sual: "Muminun" surəsinin ilk on ayəsi nazil olunca Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) qibləyə üz tutub əllərini qaldıraraq belə dua edir: "Allahım, bizi artır, naqislikdən mühafizə et, ikramlarınla dəyərimizi yüksəlt, bizi zillətə salma, bol-bol verərək bizə lütfkar ol, məhrumiyyət üzü göstərmə, bizi seç, əvəzimizə başqalarını seçmə, bizdən razı ol və bizi razı et!.." Bu duada "artır, azaltma", "ver, məhrum etmə" ifadələrində olduğu kimi istəklərin mütləq olmasının hikməti nədir? Allah Rəsulunun bu niyazından nə anlamalı və hansı nəticələr çıxarmalıyıq?

  • "Muminun" surəsinin ilk ayələrinin qısa məalı belədir: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar –" (02.00)
  • "Allahım, bizi artır, naqsilikdən mühafizə et" duasında ilk ağıla gələn Ümməti-Məhəmmədin (s.ə.s.) çoxluğudur. (07.05)
  • Ümmətin sayca çox olması əhəmiyyətli olduğu kimi, onların keyfiyyət, qiymət və mahiyyət baxımından dərin və əngin olması da çox əhəmiyyətlidir. Beləliklə, Söz Sultanının (sallallahu əleyhi və səlləm) niyazında bu məna da vardır. (09.10)
  • "İkramlarınla dəyərimizi yüksəlt, bizi zillətə salma" ifadəsində kəramət və kəşf deyil, təkəbbürə girmə təhlükəsi olmayan "ikram" istəmək məsələsinə də təmas edilmişdir. (11.39)
  • "Bol-bol verərək bizə lütfkar ol, məhrumiyyət üzü göstərmə" tələbini hər kəs öz üfüqü və mövqeyi baxımından dəyərləndirməlidir. Bununla birlikdə, mömin hər nə istəyirsə, mütləq Allah-Təaladan istəməlidir. (13.33)
  • "Bizi seç, əvəzimizə başqalarını seçmə " niyazı "Əmanətə xəyanət etməkdən, dinə üz döndərməkdən, dəyişib başqalaşmaqdan və köhnəlmiş əşya kimi bir kənara atılmaqdan bizi qoru. Qəlblərimizin mütəmadi yenilənərək və iman həqiqətlərini daha dərin duyaraq coşmasını nəsib et!" mənalarını ehtiva edir. (17.50)
  • Allah-Təala "Maidə" surəsinin 54-cü ayəsində məalən belə buyurur: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (19.25)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: "Siz məndən sonra haqsız tərəfkeşlik (qohum-əqrəbaları və ya dost-tanışları şəxsi münasibətlərinə görə layiq olmadıqları vəzifələrə təyin etmək) hadisələrinə şahid olacaqsınız. Hovuz başında mənə qovuşana qədər səbr edin!" (24.13)
  • "Bizdən razı ol və bizi razı et!.." duasında Allahın rizası istənildiyi kimi, qəzavü-qədərə razılıq və Allahın təqdirinə məmnuniyyət hissi də istənilir. (29.35)

Çay süfrəsində həqiqət damlalar

  • Allahın lütfündən məhrumiyyətinə səbəb olan təhlükələr... (33.15)
  • Risalələrdə qeyd olunan məsləyimizin əsasları "əzc, fəqr, şövq və şükür", ümumiyyətlə, "mütləq" sifəti ilə birlikdə izah edilir. Çünki güc, qüvvət və uğur tamamilə Allahdandır. Əgər insan bunu tam dərk etsə, Yunus Əmrənin bu misralarındakı sirrə vaqif olar: "Bir sərçə bir qartalı / Yellədi vurdu yerə / Yalan deyil gerçəkdir / Mən də gördüm tozunu... " (40.33)
  • Qahirədə, Ərəb Birliyi salonlarında keçirilən "İslam dünyasında reformun gələcəyi" adlı konfrans haqqında mülahizələr... (44.05)
  • İnsan "Hasbi Rəbbi cəllallah / Ma fi qəlbi ğayrullah" deyərkən belə bir iddiada ola bilər. Elə isə doğru düşüncə və məqsədəuyğun söz necə olmalıdır? (49.18)