Doğruluq və Yalan

Sual: Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm): "Şübhəli olanı burax, şübhə verməyənə bax; içində şübhə oyadanı tərk et və şübhəsiz bir iqlimdə yaşa. Çünki könül doğruluqdan rahatlıq, yalandan şübhə duyar; doğruluq insanın içində inam oyadar; yalan isə, ürək bulantısıdır" məalındakı hədisi-şərifində sidqi inamın vəsiləsi və yalanı da şübhənin anası olaraq təsvir etməsini necə anlamalıyıq?

  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) inananları şübhəli mühitdən uzaq olmağa və şübhəsiz bir iqlimdə yaşamağa çağırır. Müsəlmanlıq yaşana-yaşana təbiətin dərinliyinə yerləşsə, insan Allahın münkir gördüyü (razı olmadığı) şeylərdən diksinər və mərufa (Allahın razı olduğu) qarşı da dərin bir arzu ilə dolub-daşar; məhz bu zaman iradəsini zorlamadan və bir az səy göstərərək şübhəli mühitdən uzaqlaşıb itminan (əmniyyət) içində yaşaya bilər. (01.16)
  • Sidq deyiləndə daha çox doğru söz və həqiqətə müvafiq bəyan ağıla gəlir. Əslində isə sidq doğru sözlə yanaşı, doğru davranışı da əhatə edir, hər cür uydurma söz və davranışdan təmizliklə də səsləşir və insanın daxili-xarici, gizli-açıq hər halını eyni müstəvidə götürməsi, gerçəyi əks etdirməyən hər şeyə qarşı qapanıb həyatını doğruluq ətrafında planlaması mənalarına gələn daha əhatəli bir təbirdir. (04.10)
  • Doğru danışan bir uşağın: "Mənə dua edirsənmi?" sualına verdiyi cavab... (06.57)
  • Bir kəndə belə təsiri olmayan məfkurəni qəsəbələr, şəhərlər fəth etmiş kimi mübaliğəli sözlərlə elan etmək dolaylı bir yalandır. Bunlar müxatəbin könlündə müsbət ovqat oyatmayacağı kimi, Allahın qeyrətinə də toxuna bilər və göstərilən işin bərəkətini tamamilə yox edər. Həmçinin, bu cür mübaliğələr görülən fəaliyyətlərə qarşı təqdir hisslərini coşdurma bir yana qalsın, tərəddüd və şübhələr oyada və həssas könüllərdə mənfi izlər buraxa bilər. (09.08)
  • Lüğətlərdə yalan; gerçəyə zidd, əsassız söz, həqiqətlə təzad təşkil edən bəyan, olmamış bir şeyi var kimi göstərmə, ya da bir insandan alınan məlumatı, düşüncəni, qənaəti məqsədli şəkildə tam əks etdirməyən bir ifadə.. kimi müxtəlif şəkillərdə təsvir edilir. Bəlağət elmində yalanla bağlı bir tərif də var ki, çox diqqət çəkici və diksindiricidir. Bu müstəvidən baxanda, yalan Allahın bildiyi bir şeyi əksinə demənin, Allahın bildiyinə əks iddialar irəli sürmənin və bir məsələnin Cənabi-Haqq nəzdindəki keyfiyyətinə zidd söz uydurmanın adıdır. (13.00)
  • "Yalan danışmasam, həyat yoldaşımı necə yola verəcəyəm axı?!" deyən zavallı... (14.46)
  • Bir sözü və ya hadisəni nəql edərkən də doğruluqdan əsla ayrılmamaq lazımdır. Sidq mövzusundakı həssaslığı ilə məşhur olan Abdullah bin Məsud həzrətləri hədis rəvayət edərkən  tir-tir titrəyərmiş. Peyğəmbər Əfəndimizin mübarək bəyanlarını nəql edərkən o qədər həssas davranarmış ki, həyəcandan sanki bütün bədəni titrər və alınından tər axarmış. Bir neçə dəfə gah irəli gedib, gah geri gələr, əllərini ovuşdurar: "La havlə vəla qüvvətə mütləq billah.." deyər, o sözü artıq-əskiksiz nəql edə-bilmək üçün dəridən-qabıqdan çıxar və sözlərini də "Allahu aləm" qeydi ilə bitirərmiş. (16.21)
  • "Bir məsləhətə əsasən yalan danışmağın caiz olduğu yerlər varmı?" şəklində sual ağıla gələ bilər. Belə bir sual Həzrəti Ustada veriləndə o: "Bəli, qəti və zəruri bir məsləhətə görə şəriət icazə vermişdir. Amma zaman bu hökmü ləğv edilmişdir.” deyərək məsələyə nöqtəni qoymuşdur. Əslində bəzi alimlər həddi aşmamaq və zərurət hüdudunu gözləmək şərtilə, küsülüləri barışdırmaq, ər-arvad arasını düzəltmək və döyüşdə düşməni təşvişə salmaq məqsədilə işlədilən yalanların mübah olduğunu və yalan sayılmayacağını demişlər. Lakin Bədiüzzaman həzrətləri bir qisim üləmanın məsləhət və zərurət üçün verdikləri bu fitvanın müvəqqəti olduğunu və etibarını itirdiyini ifadə etmişdir. (19.32)
  • Möhtərəm Müəllimimiz “İşaratül-İcaz”ın sidq və kizblə bağlı hissəsini oxuyur. (23.10)
  • Xülasə, bizim yolumuz ikidir, ya doğru danışmaq, ya da sükut etmək. Nə qədər doğru varsa, hamısını birdən demək kimi bir mükəlləfiyyətimiz yoxdur, lakin mütləq danışmağımız lazımdırsa, doğru danışmaqdan başqa yolumuz da yoxdur. (25.08)