Elm Əsri, İnternet və Kitabın Kəraməti

"Elm əsri" olaraq da vəsf edilən bu əsrdə bilgi əldə etmək hər zamankindan daha asan hala gəlmişdir. Bilgi əldə etmənin asanlaşması ilə lazımsız və fantastik məsələlərə qapılma təhlükəsi də artdı. Bu baxımdan, bilgi əldə edərkən faydasız məlumat və zərərli fantaziyalara qapılmamaq üçün hansı xüsuslara diqqət etməliyik?

  • Elm, insanın maddi-mənəvi səadətini təmin etmək məqsədini güdüb, onun ruhani və cismani problemlərini həll etməyə çalışdığı və ağıl-qəlb birliyini təmin edə bildiyi nisbətdə faydalı, bunları etmədiyi və ya edə bilmədiyi nisbətdə də faydasız, hətta zərərlidir və ondan bəşəriyyət adına fayda ummaq da əbəsdir. (01.08)
  • Elm öyrənmənin məqsədi, elmin insan oğluna mürşid və rəhbər olması və öyrənilənlərlə insanlığın kamilliyinə gedən yolları işıqlandırılmasıdır. Buna görə də ruha nüfuz etməmiş elm, sahibinin çiynində bir yük; insanı ülvi qayələrə istiqamətləndirməyən bilgi də bir qəlb və fikir hamballığıdır. Bəli, elm önəmli bir hidayət rəhbəridir.. üstəlik vəhyə söykənib, vəhy ilə qidalanar və şeytani şərarələrdən (qığılcım) xilas ola bilərsə... (03.30)
  • Bilgi əldə etmək üçün kitablarla yanaşı, televiziya, bilgisayar, internet və mobil telefondan da istifadə etmək olar. Lakin bəzi şərtlər və məhdudiyyətlər çərçivəsində istifadə edilmədiyi təqdirdə, bunların faydadan daha çox zərərə səbəb olacağı da unudulmamalıdır. (06.40)
  • Televiziya və internet kimi, dərin düşünmədən və əmək sərf olunmadan məlumat əldə etməyə yarayan bu texnoloji vasitələr kitab oxumanın yerinə keçmişdir ki, bu dövrün nəsillərinin fikrən dayazlaşmasına gətirib çıxaran ən böyük təhlükələrdən biri də budur. (11.20)
  • Bir gecədə İki yüz səhifə kitab oxumaqla, əldə olunan bir məlumatı bir "düymə"yə basmaqla əldə etmək əlbəttə ki, şükr ediləsi bir nemətdir. Lakin bilgisayar və interneti bir hobbi halına gətirmək insanın zehninə zərər verəcəyi kimi, çox vaxt, xüsusilə gənclərin, iffətsizliyə düşməsinə və hətta bəzi ailələrin dağılmasına da gətirib çıxara bilər. (14.22)
  • Hökmən məhdudiyyət.. hökmən məhdudiyyət. Məhdudiyyət təhdid sayılmamalıdır! (17.30)
  • Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) vəhy gələrkən şeytan İlahi kəlama belə şərarə atmağa çalışırdı. Bu baxımdan insan ekran başında olarkən hər an şeytani şərarələrə məruz qala biləcəyini qətiyyən unutmamalıdır. (18.00)
  • Kitabın kəraməti və kitab oxumadakı ləzzət... (20.04)
  • Həzrəti Ustadın kitab oxuyuşu... (21.37)