Ərafdakılar və Şeytanın tələləri

Sual: Yaxşı bir qul ola bilmənin və Qurana xidmət edə bilmənin çətinliyi nəzərə çatdırılarkən, "Bu yol uzaqdır, mənzili çoxdur, keçidi yoxdur, dərin sular var" deyilir. Bu yolda insanın önünə çıxa biləcək Şeytani tələlər nələrdir?

  • Olmuş-olacaq hər şeyi bilən Cənabi-Allahın imtahan etməsi bizə özümüzü göstərməkdən ibarətdir, yoxsa O bizi onsuz da hər halımızla bilir. (01.33)
  • "Biz mütləq sizi bir az qorxu, bir az aclıq ilə, yaxud mala, cana və ya məhsullara gələcək nöqsanlarla imtahan edərik." (Bəqərə, 2/155) məalındakı ayədə işarə edilən imtahan növləri(03.26)
  • Cənnət yolunda yeriyərkən bir dayanacaqdakı keçici gözəlliklərə aldanaraq əsl hədəfi unudan bir çox insan var! (05.35)
  • Şeytanın illuziyaları... (07.45)
  • Ərafdakılar... (09.55)
  • "Onlara, özlərinə ayələrimiz haqqında elm nəsib etdiyimiz kimsələrin qissəsini də danış; Bəli, o adam bu elmə baxmayaraq, o çərçivəsindən sıyrıldı, şeytan da onu arxasınca apardı, beləliklə də çevrilib azğınlardan biri oldu. Əgər istəsə idik, ona ayələr sayəsində yüksək bir mövqeyə çaxarardıq, lakin o, yerə batdı və nəfsinin əsiri oldu. Onun halı eynilə bir köpəyin halına bənzəyir:Üzərinə getsən də dilini çıxarıb ləhləyər, özbaşına buraxsan da yenə dilini çıxarıb ağzının suyunu axıdar! Bax elə bu ayələrimizi yalan sayanların misalıdır. Sən hadisəni onlara danış, bəlkə, düşünüb özlərini düzəldərlər." (Əraf, 7/175-176) məalındakı ayəti-kərimələrdə haqqında danışılan talesizlər və onları doğru yoldan azdıran şeytani təhriklər (13.56)
  • Bəhs olunan ilahi bəyanda bir vaxtlar İsmi-Azamı bilməsinə baxmayaraq daha sonra yolunu azmış bir insana "köpək" və bununla yanaşı bəzi kimsələrə də "eşşək" deyilməsinin hikməti (20.33)
  • "Bəla"nın kəlmə mənası, bəla növləri və insanların fərqli-fərqli əzablara düçar olmaları (24.40)
  • Şeytanı fit çalıb oynadan (sevindirən) mənəvi boşluq(26.40)
  • Şöhrət hərisliyini o biri aləmlərə qədər daşıyan zavallı birisinin "Görəsən, mənim cənazəm də bu qədər tünlük olarmı?" ifadəsi ilə dilə gətirdiyi ölçüdə şöhrətpərəstliyə qapılan bir adam şöhrəti uğrunda hər pisliyi edə bilər. (31.50)
  • Siqaret çəkmək haramdırmı? (34.30)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.