Fədakarlıq "ya Hu"!

Sual: Bu yaxınlarda "fədakarlıq, ya Hu!"[1] buyurdunuz, sonra da öz əlinizlə yazdığınız bu cümlə lövhə şəklində divardan asıldı. Sizə bu sözü dedirdən nədir? Fədakarlıq ifadəsi ilə nələri nəzərdə tutursunuz? İmana xidmət yolunda görülən işləri fədakarlıq, yoxsa məsuliyyət kimi dəyərləndirməliyik?

  • Hər mömin iman və İslama görə məsuliyyət daşıyır. İman əsaslarını tam şəkildə mənimsəmək və dinin əmrlərinə tabe olub qadağalarına riayət etmək hər kəsin məsuliyyət dairəsinə daxildir. Lakin hər kəs "ehsan" şüuruna[2] sahib olmaq məsuliyyətini daşımasa belə, verilən imkanlar çərçivəsində bəzi insanlar üçün məsuliyyət kəsb edə bilər. (01:05)
  • Verilən nemətlər artdıqca insanın məsuliyyəti də artır. Dolayısilə, Allah-Təala Peyğəmbər xanəsi ilə şərəflənmiş Əzvaci Tahirata[3] belə buyurur: "(Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər çalacaqsan, çünki Allah səninlədir!) Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)" ("Əhzab" surəsi, 33/30-32) (02:47)
  • Fədakarlıq məfkurə insanının hər şeyini hətta canını da fəda etməyə hazır olması, hər cür əza və cəfaya sinə gərərək əsas vəzifəsi olan "imanı billah", "mərifətullah", "məhəbbətullah" və bunlara bağlı "zövqü-ruhani" yolunda məsafə qət etməyə çalışması və bu uğurda hər halal imkanı dəyərləndirməyə səy göstərməsidir. (06:13)
  • İnsan mərifət nöqteyi-nəzərindən özünü Cənabi-Haqqa çox yaxın hiss edirsə, onun hər hərəkəti "həram dairəsi"nə uyğun olmalıdır. Artıq o küçədə deyil, giriş qapısında deyil, dəhlizdə, ya da gözləmə otağında da deyil, "həram dairəsi"nə girmiş, çadırını sultan sarayının mərkəzində qurmuşdur. Orada oturuş da, duruş da başqa olur, danışığın da, sükutun da keyfiyyəti dəyişir. Həram dairəsində hal və hərəkətlər tamamən özünəxas xüsusiyyətə malikdir. Bu, müəyyən dərəcəyə çatmış insanların Allahla xüsusi bir münasibətidir; bu münasibətə görə də xüsusi mükəlləfiyyət, buna əsasən də xüsusi fədakarlıq tələb olunur. (09.33)
  • Musab bin Umeyr, Abdullah bin Cahş, Sad bin Rəbinin (radiyallahu anhum əcməyin) fədakarlığı... (12:10)
  • Fədakarlıq təmənnası nöqteyi-nəzərindən insanın hədəfi yüksək olmalıdır, lakin Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Bəkri bağrına basdığı kimi, zaman-zaman içki içib ağlı başından çıxan insanı qəbul etməsini də unutmamaq lazımdır. (13:40)
  • Həzrəti Ustad maddi-mənəvi füyuzat hislərindən vaz keçmə – fədakarlıq üfüqünü göstərir. Bəli, bir məfkurəyə dilbəstə olmuş və ömrünü ona həsr etmiş insan həm maddi, həm də mənəvi feyzlərdən vaz keçməyi bacarmalıdır. Məqsəd və hədəfi maddi-mənəvi feyzlər olmamalıdır. Bu, insanın davası uğrunda maddi-mənəvi feyzləri qurban verməsi, verməli olduğu şeylər bir tərəfə, vermək məcburiyyətində olmadığı şeyləri belə bu yolda fəda etməsidir. (15:32)
  • Bəzi yerlərdə və bəzi şərtlər altında dini yaşamaq çox çətin ola bilər, lakin din qətiyyən "yaşanmaz" deyildir. Həqiqi möminlər (bəzən vicdanən fədakarlıq göstərsələr də) hər şəraitdə dini yaşamaq üçün bir yol tapmalıdırlar. Bu şüura malik bir nəfərə: "Gəl ibadətlərimizi dəyişək?!. Siz o çətin şəraitdə qıldığınız namazları mənə verin, mən də beş vaxta qırxını da əlavə etdiyim namazlarımı sizə verim!.." demişdim. (19:26)
  • –Həzrəti Əli (r.a.) Həzrəti Əbu Bəkrin fədakarlıq və böyüklüyündən bəhs edərkən: "Əbu Bəkrin Sevr mağarasında keçirdiyi bir gecə Əlinin ömrünə dəyər," – deyir. Bu ondakı haqqpərəstliyin və qədirbilənliyin ifadəsidir. Bəs Həzrəti Əlinin ölümü gözə alıb Rəsuli-Əkrəmin yatağına uzanmasına və Allah Rəsulu üçün ölümlə üz-üzə gəlməsinə nə deyək!.. (25:15)

[1] Ya Hu-ya Allah mənasında deyilmişdir
[2] Allahı görürmüş kimi ona qulluq etmək
[3] Peyğəmbərimizin (s.ə.s.) pak zövcələri (r.anhuma)