Heç Kimi Qınama!..

Sual: "Kim mömin qardaşını (tövbə etdiyi bir günahdan ötrü) ayıblayarsa (məsxərəyə qoyarsa), eynisini işləmədikcə ölməz", mənasına gələn hədisi-şərifdə ifadə edilən ayıblama və qınamada məqsəd nədir? Ayıblanılan işin başa gəlməsi necə olar? Bu hədisi-şərif qınanılan günahı eyni şəkildə işləməyəmi, yoxsa qardaşı qınamanın cəzası olaraq hər hansı şəkildə ayıblanılmağamı diqqəti cəlb edir?

  • Möminlər həmişə gözəl əxlaqın təmsilçiləri olmalı və onu adət halına gətirməlidirlər. Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) "Əxlaqların ən gözəli, gözəl əxlaqdır" bəyanına müvafiq şəkildə yaşamalı və hər kəsə güvən təlqin etməlidirlər. (01.05)
  • Varlığımızın su-hava kimi bir hissəsinə çevrilməyən sifətlər və hərəkətlər daimi ola bilməz. Gözəl əxlaqı xarakter halına çevirməyən bir insan arabir mərd davransa da, hər vaxt eyni xətdə qala bilməz. Daim pis cəhətləri görməyə və mənfilikləri araşdırmağa vərdiş edən bir insan xarakter etibarilə kirlənmişdir və belə birinin ətrafına nur saçması mümkün deyil. (03.02)
  • Çox vaxt, hər hansı bir müsəlman günahlandırılarkən bütün möminlərin başını aşağı etmək məqsədi güdülür. (04.22)
  • Möminlərin vəzifələrindən biri də yaxşılığı yaymaq və pisliklərdən çəkindirməkdir. Başqa sözlə, inananlar şər qarşısında əsla susmamalıdırlar. Lakin həm yaxşılığı əmr edərkən, həm də pisliklərdən uzaqlaşdırarkən istifadə edəcəkləri üslubu çox yaxşı təyin etməlidirlər. (07.00)
  • Bir mömin qardaşını hər hansı bir səhv, qüsur ya da (tövbə etdiyi) günahından ötrü qınayan insan eyni dərəcədə ayıblanılmadıqca ölməz. Bəziləri şəxsən özlərinin başına gələn bir müsibətlə eyni şəkildə qınanar; kimiləri də ailə üzvlərindən biri səbəbi ilə ayıblanılmağa düçar olarlar. (09.48)
  • Allah Rəsulu (s.ə.s.) Əfəndimizdən öyrəndiyimiz dualardan biri; "Allahım, etdiyimiz bütün işlərimizin nəticəsini xeyirli və gözəl et. Bizləri dünyada rəzil, rüsvay olmaqdan və axirət əzabından qoru", şəklindədir. (10.44)
  • Bir hədisi-şərifdə Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.): "İki dodaq və apış arası(ədəb yerləri) xüsuslarında mənə zəmanət verin, mən də sizə Cənnətə girməniz mövzusunda zamin olum!" buyurmuşdur. Kim nə edir etsin və kim nə deyir desin, bizim üzərimizə düşən dilimizin təmizliyini qorumaqdır, çünki yalan, qiybət, böhtan və bütün bu pis hərəkətlərdə iştirak Cənnət yolunda bir zəmanət olan dilin kirlənməsinə və nəticədə insanın həlakına səbəb ola bilər.(12.17)
  • Həzrəti Peyğəmbərimiz (s.ə.s.) buyurur ki: "Bir mömin qardaşına xor baxması, onu kiçik görməsi və hörmətdən salması insana şər olaraq yetər."(15.31)
  • Daim başqalarının qüsurları ilə məşğul olan və zehnində ancaq bunları düşünən bir insan könül dünyasını kirlətmiş və xüsusilə, öz həyatını əzaba çevirmiş deməkdir. Beləliklə, hər hansı bir pislik xəyalınıza gəldiyi an dərhal onu orada boğmalı və böyüyüb dözülməz bir hal almasına mane olmalısınız. (16.14)
  • İnsan başqalarını qınamaqdan tamamilə uzaq qalmaya bilər, lakin ifratlara, təfritlərə girməməyə və həmişə müvazinəli olmağa çalışmalıdır. (19.20)
  • Əsla "dilsiz şeytan" olmamalısınız, amma "qulağı darı dənləyən, hər şeyi öyrənməyə çalışan şeytan" rəftarından da mütləq qaçmalısınız!.. (20.50)
  • Bu dosyeni yükləmək üçün sıxın

    Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.