Hicrət edin, yüksəlin!

Sual: Xaricdə yaşayan insanların bəzi həssaslıqlarını və metafizik həyəcanlarını itirə biləcəkləri qayğısını çəkirsinizmi? Müxtəlif vəsilələrlə: "Kaş ki bir milyon insan hicrət etsə!.." demişdiniz. Kimlərin hicrət etməsini istəyərdiniz? Bu diləyiniz uzun müddət xarici ölkələrdə yaşayanlara da aiddirmi?

  • Mömin küfr, ilhad və din düşmənçiliyi kimi çirkin sifətlərə qarşı prinsipial olmalı, lakin bu bataqlıqlara düşən insanların hallarına acımalı və mümkünsə onları boğulmaqdan qurtarmağa çalışmalıdır. (00.50)
  • Xarici ölkələrdə yaşayan bəzi insanlar heç fərqinə varmadan başqalarının dəyərlər məcrasına düşə və öz dəyər ölçülərinə qarşı yadlaşa bilərlər. (02.06)
  • Fərqli mədəniyyətlərə açıq yerlərdə olan şəxslərin qoruna bilmələrinin yeganə səbəbi bəlli bir məfkurəyə bağlı yaşamalarıdır. Qayə və xəyal, insanı hər vaxt təmkinli olmağa sövq edir. (02.54)
  • Dünyanın dörd bir tərəfinə hicrət edən fədakar insanların örnək həyatları, universal dəyərlər istiqamətindəki səyləri və bir pakistanlı səlahiyyətli şəxsin təqdiredici ifadələri... (06.30)
  • Yer üzünün hər küncündə sülh adacıqları quran sevgi qəhrəmanlarının assimilyasiya olmaları mümkün deyil. Allahın inayəti ilə, onlar olduqları yerdə özlərinə görə bir pətək meydana gətirir, o ölkənin çiçəklərindən nektar  çəkib pətəklərini doldurur və rəngarəng bal növləri ortaya qoyurlar. (08.10)
  • Özünü ətalətə salmış hər kəs yenidən canlanmaq üçün hicrət etməli; imkan varsa, bir milyon insan mühacir olmalıdır!.. Mümkünsə, əl-ayağı tutan hər könüllü hicrət edə biləcəyi bir diyar tapmalı və yola düşməlidir!.. (08.43)
  • Müqəddəs Doğum proqramları təşkil edirik, ancaq layiqincə qeyd etməli olduğumuz digər bir tarixə, yəni "Müqəddəs Hicrət"ə laqeydlik edirik. Halbuki, Əshabi-kiram əfəndilərimiz insanlığın yenidən doğuşu sayılan Viladət gününü deyil, hicrət ilini təqvim başlanğıcı etmişdir. Bu təyində çox mühüm bir işarə vardır. (09.39)
  • Hicrət edin, həyata yenidən başlayın!.. Hicrət edin, ölümdən xilas olun!.. (10.25)
  • Hər kəsin hicrət etməsi mənim xəyalımdır. Hicrət, uca bir iddiaya könül vermiş insanlardan demək olar ki, bir üzrü olmayan hər kəsin də məqsədi və xəyali olmalıdır. (10.54)
  • Arzu etdiyim xüsuslardan biri də, xüsusilə iş adamlarının hicrət etmələri və getdikləri yerlərdə həm öz işlərini görmələri həm də oradakı təhsil müəssisələrinə kömək etmələridir. (13.33)
  • "Kaş ki bir milyon insan hicrət etsə!.." xahişini kəsrətdən kinayə(çoxluğu bildirmək) olaraq söylədim. Bu ədəd iki-üç milyon da ola bilər. Türkiyədə kifayət qədər düşünən baş var; bir neçə milyon insanın öz dəyərlərimiz naminə dünyaya açılması (yayılması) bir itki olmaz, əksinə həm ölkəmiz, həm də cəmiyyət üçün böyük faydası olar. (16.06)
  • Ey Habilin nəvələri!.. Yer üzü, varislərini gözləyir; hicrət edin və insanlara qol-qanad olun!.. (16.50)
  • Əgər işləri və halları imkan verirsə, uzun müddətdir Almaniya, Fransa, Hollandiya... kimi ölkələrdə olan insanlar da başqa bir yerə hicrət edə bilərlər. Heç olmasa ilin bir neçə ayını digər bir ölkədə keçirə bilər; orada bir iş qurmanın yollarını axtarmaqla yanaşı məfkurələrinin gərəyini də etməyə çalışa bilərlər. (17.05)
  • İndiki vaxtda hicrət mövzusunda tənbəllik əsla bağışlanılmazdır. (18.19)
  • Gedin!.. Gedin!.. (19.11)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.