Hüzur şüuru

Sual: Əsərlərdə daimi hüzur üçün bəzilərinin "Lə mövcuda illə hu", bəzilərinin də "Lə məşhudə illə hu" deməyə məcbur olduqları, buna müqabil dövrün Quran tələbələrinə isə daimi hüzur üçün "Və fi küllü şeyin ləhu ayətün-Tədüllü alə ənnəhu vahid" həqiqəti kifayət etdiyi buyurulur. Burada vurğulanan daimi hüzuru necə anlamalıyıq? Daimi hüzur baxımından bu üç yol arasında hansı fərqlır var?

  • Birincisi, vəhdəti-vücudçuların yolu. O işin pişdarı, öncülü Muhyiddin ibn Arabi sayılır. Lakin ondan əvvəl də isimsiz müsəmma, yəni adı qoyulmamış məfhum olaraq bu vardı və yaşanırdı. (02:00)
  • Panteist düşüncəsi ilə vəhdəti-vücud mülahizəsi arasındakı fərq... (07:00)
  • Bu mülahizə bu sahənin ziyalıları tərəfindən yaşanan düşüncədir və obyektiv deyil. (08:30)
  • Dünyaya baxış tərzi və daimi hüzurun yolları... (11:30)
  • Əsri-Səadətdə qoyulan qaydalar toplumun səksən faizi nəzərə alınaraq qoyulmuşdur. (14:30)
  • Bizim üçün əsas olan “vücud” məsələsi deyil, “şühud” məsələsi də deyil, onlara hörmət  göstərməklə yanaşı, Quran yolu, səhabə yoludur. Bu yol hüzur axtaran hər kəs üçün açıq yoldur. (16:00)
  • Varlığı müşahidə edərkən onları xəyaldan ibarət görmə əvəzinə, onlarda Allahın mərhəmətini görmə və onları Allahın sənəti sayma daimi hüzur üçün ayrı bir yoldur və bu yolda gedən insan iradəsinin də haqqını verər. (20:00) 
  • Ehsan şüuru və Onun hüzurunda olma şüuru... (22:30)
  • Onu görmə və Onun tərəfindən görülmə şüuru və bunun davranışlarımızda əksi... (27:00)
  • İnsan ömrünü təcəssüs (hər şeyin iç üzünü araşdırmaq) mülahizəsi ilə yaşamalı və hər hadisədə Onun iradəsini görməyə çalışmalı... (31:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.