Mükafat, Cəza və İstiğna (Nəfs Toxluğu)

Sual: Fikir işçilərinin və xüsusilə şagirdlərin səylərini və müvəffəqiyyətlərini mükafatlandırarkən hansı əsaslar nəzərə alınmalıdır? Bəzən mənfi halların və nöqsanların üzərində daha çox durulur, başqa sözlə hətta bəzən təqdir və təşviq etmə ehmal edilir. Mükafatlandırma və cəzalandırmada müvazinət necə qurulmalıdır?

  • Tərğib (rəğbətləndirmə, təşviq etmə) və tərhib (çəkindirmə, uzaqlaşdırma), təbşir (müjdələmə, qibtə etdirmə) və tənzir (tənbeh etmə, xəbərdarlıq etmə), mükafatlandırma və cəzalandırma Qurani-Kərimdə və hədisi-şəriflərdə əhəmiyyətlə üzərində durulan bir tərbiyə üsuludur. (00.52)
  • Əməli(feli) cəza vermə işi dövlətə aiddir, fərdlərin hər hansı bir cinayət və ya günah qarşısında əllə müdaxilə etməyə cəhd etmələri doğru deyil. Fərdlər, bir pislik gördükləri vaxt -mümkünsə- onu sözlə xəbərdarlıq edərək aradan qaldırmağa çalışmalı, heç olmasa ona qarşı qəlbən büğz etməlidirlər. (04.38)
  • Özlərini Allahın adının ucaldılması məfkurəsinə həsr etmiş ruhların cəzalandırması "mükafatdan məhrum etmə" şəklində olmalıdır. (05.30)
  • Onlar, mövcud iqtisadi şərtləri də mütləq nəzərə alaraq və imkanlarını çox yaxşı hesablayaraq daha çox insanı mükafatlandırmaq surətiylə təşviq sahəsini geniş tutmağa çalışmalıdırlar. (05.54)
  • Mükafatlandırmanın davamlılığını təmin etmək üçün onu, öhdəsindən gəlinə biləcək əsaslara bağlamaq və davam etdirilməsinin mümkün olmasına baxmaq şərtdir. (08.30)
  • İmkanlar daxilində daha çox insanı mükafatlandırmaq və mükafat olaraq müxtəlif alternativlər təqdim etmək də lazımdır. Məsələn, bir elm olimpiadasında sadəcə ilk üç dərəcəni tutanlar yox, bəlkə ən az ilk on yeri tutanlar mükafatlandırılmalı və məsələ bununla da məhdudlaşdırılmayaraq bir səyahətdən uzun müddətli bir təqaüdə və hətta xarici bir ölkədə magistratura və doktorantura təhsili almağa qədər müxtəlif mükafatlar verilməli və beləcə istedadlı insanlara qibtə etdirilməlidir. (10.08)

Sual: Mükafat dedikdə sadəcə maddi bir mükafat ağla gəlməlidirmi, yoxsa şirin bir söz ya da səmimi bir təbəssüm də mükafat sayıla bilərmi?

  • Günümüzün dərin bir şəkildə maddiyata qapılmış dünyasında mənəvi mükafatla kifayətlənəcək və "Mənə Sən lazımsan Sən!.." deyəcək insan sayısı çox azdır. (13.40)
  • Hər sədəqə bir sədaqət nişanəsidir,təbəssüm də bir sədəqədir. (14.14)

Sual: Cəzanı yalnız "mükafatdan məhrum etmə" şəklində məhdudlaşdırmağınızın səbəbini izah edərsinizmi?

  • Məsləyimizin təməl fəlsəfəsi etibarilə, bizim cəzalandırmağa səlahiyyətimiz yoxdur. (15.33)
  • İman dairəsinin gözəlliklərindən heç kimi məhrum etməmək üçün insanları uzaqlaşdırmama mövzusunda çox diqqətli davranılmalı, başqa sözlə də heç kimin damarına toxunmamaq üçün cəzalandırma da mükafatlandırmama şəklində şərh olunmalıdır. (15.47)

Sual: Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) "qəlbləri isidiləcək olanlar"a və ümmətindən bəzi kəslərə bol-bol qənimət payladığı halda, yaxın dostlarına və ailə fərdlərinə isə həmişə axirəti işarə edir, övladlarının və nəvələrinin, cəmiyyətə aid imkanları özləri üçün istifadə etməmələri, məsələn sədəqə xurmalarından yeməmələri mövzusunda maksimum dərəcədə həssaslıq göstərir. Bu xüsusu necə qiymətləndirirsiniz?

  • İnsanlığın İftixar Abidəsi, heç bir zaman "qohumlarına havadarlıq edir" deyilə biləcək bir hərəkət etməmiş və bu mövzuda da ümmətinə nümunə olmuşdur. (18.30)
  • Bir gün Həzrəti Aişə, "Ya Rəsulullah, bu gecə narahat idinizmi, çox iztirab çəkdiniz?" deyincə, Allah Rəsulunun cavabı belə olmuşdu: "Yatağımın kənarında bir xurma tapdım və onu ağızıma qoydum. Lakin sonra ağılıma gəldi ki, bizim evdə sədəqə və zəkat xurmaları da var. Birdən bu xurma, onlardan olsa..! Səhərə qədər məhz bunu düşündüm, bunun iztirabı ilə sağa-sola qıvrıla-qıvrıla qaldım. Heç cür gözümə yuxu getmədi." (19.00)
  • Möminlər ümuma aid məsələlərdə çox həssas olmalı, xalqın (millətin*) malını xərcləmə mövzusunda çox xəsis davranmalıdırlar. (19.48)
  • Özlərini Allahın adının ucaldılması məfkurəsinə həsr etmiş ruhlarda axtarılan əxlaq... (20.00)
  • Həbibi-Nəccar, arxasından gediləcək rəhbərlərin ən əhəmiyyətli iki xüsusiyyətini nəzərə çatdırarkən onların xidmətlərinə müqabil heç bir mənfəət/qarşılıq gözləmədiklərini və əvvəlcə özlərinin döğru yolda getdiklərini ifadə edir. Həqiqətən, bu iki vəsfi üzərində daşımayan kəslərin başqalarına hidayət yolunu göstərmələri heç cür mümkün deyil. (22.30)
  • Hər kəsə mükafat verərkən sədaqət sahiblərini unutmama və özünü bu işə həsr edənləri da görüb-gözətmək lazım gələ bilər, lakin, onları " muzdlu bir müsəlmanlığa" alışdırmamağa və axirətlərini təhlükəyə atmamağa da diqqət yetirilməlidir. (28.03)
  • Huneyn qəzvəsində əldə edilən qənimətləri Allah Rəsulu, daha çox könüllərini İslama isindirmək istədiyi insanlara paylamış və bəzi kimsələrə xüsusilik ərz edəcək şəkildə paylar vermişdi. Ancaq bu bölüşdürmə, Ənsardan xüsusilə bəzi gəncləri bir az narahat etmişdi. Hətta bəziləri, "Hələ onların qanı qılınclarımızdan damlayır, halbuki ən çox payı da onlar alırlar!" demişdilər. Bunu söyləyənlər bir neçə gənc də olsa, əgər bu fitnə aradan qaldırılmasa, qarşısı alına bilməyəcək dərəcədə bir yanğın halına gələ bilər və o yanğın bəzilərini əbədi atəşə sürüyə bilərdi. Çünki Allah Rəsuluna qarşı ediləcək bir etiraz, insanı dindən, imandan edə bilər və əbədi zərərə düçar edə bilərdi. Buna görə də Əfəndimiz dərhal Ənsar camaatının toplanmasını və aralarına başqa heç kimin də qəbul edilməməsini əmr etdi. Məhz orada özünün necə bir nemət olduğunu xatırlatdı: "Mən gəldiyim vaxt, siz dəlalət içində deyildinizmi? Allah, mənimlə sizi hidayətə çatdırmadımı? Siz fəqrü-zərurət içində qıvranmırdınızmı? Allah, mənim vəsiləm ilə sizi zənginləşdirmədimi? Siz, bir-birinizlə düşmən deyildinizmi? Allah, mənimlə sizin qəlblərinizi bir birinizə isindirmədimi?" Bütün bu suallar qarşısında da Ənsar toplu halda "Bəli, minnət Allaha və Rəsulunadır!" demiş və hələ "Hər kəs evinə dəvə ilə, qoyunla qayıdarkən, siz evlərinizə Rəsulullahla dönmək istəməzsinizmi?" xitabını eşidincə hamısı gözyaşına boğulmuşdular. Beləcə o fitnənin önü alınmışdı. (28.38)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.