Qahirə konfransı və Ərəb dünyasına açılma...

Sual: Bildiyiniz kimi, bu yaxınlarda Qahirədə "İslam Dünyasında İslamın gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə müqayisəli təcrübələr" adlı konfrans keçirildi. Xüsusilə, Ərəb dünyası ilə münasibətlərimiz baxımından konfransla bağlı mülahizələrinizi bölüşə bilərsinizmi?

  • Əvvəla məsələni bu başlıqla ifadə olunmasını istəmirəm. Əldən gəldiyi qədər elə başlıqla ifadə etmək lazımdır ki, hər kəsi ehtiva edə bilsin. Məsələn, "Adanmışlar Hərəkatı", "Könüllülər Hərəkatı", "Sevgi Yolunun Yolçuları" deyilə bilər. Məsələni nisbətlərə bağlayaraq daraltmamaq lazımdır. (02:03)
  • Bu cür yanaşma insanlarda müəyyən şəxslərə qarşı rəqabət hissi oyada bilər. (05:30)
  • Biz uzun müddət belə bir dar anlayışın, dar düşüncənin, dar görüşün əsiri və zəbunu olmuşuq. Məsələyə əngin, İslamın ümumbəşəriliyi nöqteyi-nəzərindən baxmaq, yanaşmaq lazımdır. (06:50)
  • Ərəb aləmi çox əhəmiyyətlidir. İslamiyyət onların içindən zühur etmiş, Quran onların dili ilə nazil olmuşdur. Bu görə də başqa yerlərə açılım edərkən onları həmişə bu dairənin xaricində saxladıq. Bizə yuxarıdan baxarlar deyə, həmişə narahat idim... (11:10)
  • Allahın inayəti ilə "Hira" jurnalı vəsiləsi ilə müxtəlif yerlərdə konfranslar təşkil edilir. Onlar da bu fəaliyyəti alqışlayır. Mənə göndərdikləri məktublarda yoldaşlarımızı təqdir edirlər. (13:00)
  • Misirdə olduğu kimi dünyanın müxtəlif yerlərindən gələn bu təqdir Allahın sizə verdiyi bir avansdır. Siz bu imkanı səmərəli şəkildə dəyərləndirin. Bu, özünüzü ifadə etmək üçün sizə verilən bir imkandır. Bunu layiqincə dəyərləndirin. (16:30)
  • Ustad Həzrətləri Misirə "İslamın zəkalı övladı" deyir. Onun yuxuları bir-bir reallaşır. (17:30)
  • Türkiyədə görülən gözəl işləri xaricdən baxanlar daha yaxşı görür. Türkiyədə bu məsələyə qərəzli yanaşanlar da səhvlərini anlayacaqlar. (20:00)
  • Allah səhvlərimizlə, xudbinliyimizlə bu insanların ümidlərini puç eləməsin. Ustad Nəcib Fazil da belə dua edirdi. Nurəddin Topçunun da, Bədiüzzaman Həzrətlərinin də arzusu bu idi. (22:00)
  • Əlinizi-ayağınızı öpüm, insanların ümidini puç etməyin. Dünyanı düşünməyin, axirəti də düşünməyin, Cənnəti də Cəhənnəmi də atın bir kənara. "Allah rizası" deyin, Rasulullah xatiri deyin, Həzrəti Piri Muğanın yolu deyin, siz yaşamaq üçün deyil, yaşatmaq üçün var olun. (24:55)
  • Bizə dünyaya nümunə olduğumuzu düşünmək yaraşmaz. Onlar bizə qarşı olan hüsnü-zənnin mükafatını alırlar. Biz də onları yalançı çıxarmamaq üçün təmkinli olmalı, həsbi olmalı, özümüzü bu işə həsr etməliyik... (26:30)

Çay süfrəsində həqiqət damlaları

  • Başqalarına İslamı anlatarkən məcbur etməməli, ağıla xitab etməliyik. Kompleksə girmədən dəyərlərimizə əmin olmalıyıq. (28:30)
  • İnsanlığın İftixarı (sallallahu əleyhi vəsəlləm) Nəcran xristianlarını "mənim harəmim" dediyi Məscidi-Nəbəvidə günlərlə qonaq saxlayır. (29:00)
  • "Mən heç nə demədim, heç nə anlatmadım. On ildən bəri mənim həyatımı izləyirmiş. Hal və hərəkətlərimə baxıb on insan müsəlman oldu," – deyə bilən varsa, mən onun alnından yox, ayaqlarından öpərəm... (30:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.