Ramazan müqabiləsi

Cənabi-Allaha sonsuz şükürlər olsun ki, möhtərəm Fəthullah Gülən Xoca Əfəndi xəstəliyinə rəğmən oruc ibadətini layiqincə yerinə yetirir, Ramazan müqabiləsini geniş bir məal, hətta bəzən təfsir çərçivəsində etməyimizə də vəsilə və rəhbər olur.

Ötən illərdə, xüsusilə də şəkər xəstəliyindən iftar vaxtına yaxınlaşdıqca daha da halsızlaşan, hətta danışmaqda çətinlik çəkən möhtərəm Xoca Əfəndinin bu il iftardan on-on beş dəqiqə əvvəl İlahi Kəlamın müzakirəsi ilə məşğul ola bildiyinə sevinir, dərindən sürur duyuruq. Xoca Əfəndinin dilində "Quranın kəraməti" olaraq təzahür edən bu ilahi ehsanın könüllərdə oyatdığı inşirahı nemətə şükür hisləri sizinlə – qiymətli dostlarımızla da bölüşmək istəyirik.

Hər gün səhər və ikindi namazlarından sonra iki-üç saatlıq iki ayrı dərs şəklində davam edən müqabiləmizin yalnız bəzi hissələrini (“Taha” surəsinin bəzi ayələrinin müzakirəsini) sizə "Ramazan hədiyyəsi" olaraq təqdim edirik.

Bunu vəsilə bilib başda Əziz Xocamızın səhhət və inşirahı üçün dua etməyinizi rica edirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.