Rəyyan Qapısına Doğru

Sual: Ramazan ayını ən gözəl şəkildə dəyərləndirə bilmək üçün hansı əsaslara diqqət etməliyik? Təravih namazını səkkiz rükət qıla bilərikmi? Ramazana fərqli bir dərinlik qatan təravih namazının bərəkətindən faydalana bilmək üçün onu necə qılmalıyıq?

  • Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Nə qədər oruc tutan var ki, tutduğu orucdan ona qalan sadəcə aclıq və susuzluqdur" -buyurmuşdur. (01.32)
  • Əbu Hüreyrənin (r.a.) rəvayətinə görə, Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Allah belə buyurdu: “Adəm oğlunun hər əməli özünədir. Oruc istisna. Onun mükafatını şəxsən Mən verərəm. Çünki yeməyi və nəfsani arzularını sırf Mənim üçün tərk edir. Oruclu üçün iki sevinc anı var: Biri iftar etdiyi, digəri də Allaha qovuşduğu an. Oruclunun ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur." (02.22)
  • Bir hədisi-şərifdə: "Cənnətdə Rəyyan adlı bir qapı var ki, oradan sadəcə orucu layiqincə tutanlar girər" -deyilir. (03.36)
  • Peyğəmbər Əfəndimiz (s.ə.s.) Ramazanda bir neçə gecə təravih namazı qıldırmışdır; sonra isə təravihdə camaatla qılmaq fərz qılınar və müsəlmanlar buna tab gətirə bilməz deyə, tək qılmağı seçmiş, lakin: "Kim Ramazan namazını (təravih) inanaraq və savabını Allahdan umaraq qılarsa, onun keçmiş günahları bağışlanar," -deyərək, səhabələrini bu namaza təşviq etmişdir. (07.44)
  • Təravih namazı, -camaat nəzərə alınaraq- digər namazlara nisbətən bir az sürətli qılına bilər, lakin hərflərin məxrəci aydın olmayan bir tələffüzlə və tədili-ərkana diqqət edilmədən qılına bilməz. Bir az sürətli qılınsa da, sözləri bir-bir oxumaq, məxrəclərə diqqət etmək və rüknləri əskiksiz yerinə yetirmək şərtdir. (10.17)
  • Həzrəti Ömər (r.a.) təravih namazını tək-tək qılanları görəndə Übey ibn Kabı (r.a.) imam təyin edərək təravihin camaatla və iyirmi rükət qılınmasını əmr etmişdir. Şübhəsiz, Həzrəti Ömər (r.a.) bunu öz bildiyi şəriətin bir əsasına və Rəsuli-Əkrəmin vəsiyyətinə istinadən belə etmişdir. Necə ki, sonra gələn xəlifə və alimlərin əksəriyyəti də buna etiraz etməmişdir. (15.16)
  • Təravihi camaatla qılmaq sünnəti-kifayədir, yəni bir məsciddə heç kim təravihi camaatla qılmasa, hamı günahkar olar. Təravih namazı tək də qılına bilər, lakin camaatla qılınması daha fəzilətlidir. (16.45)
  • Təravih namazını kim səkkiz rükət qıla bilər? (18.40)
  • Özünü bədbəxt edən üç insan... (20.49)

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.