Sədaqət iksiri və doğruluq güzərgahı

Fəthullah Gülən: Bam teli: Sədaqət iksiri və doğruluq güzərgahı

Həzrəti Ustad “Münazarat” adlı əsərində "İlk növbədə bizə lazım olan nədir?" sualına üç-dörd dəfə "sidq" deyərək cavab verir, doğruluğu həm fərdi fəzilət, həm də cəmiyyətin tərəqqisinin iksiri olaraq xarakterizə edir. Daha sonra bu fikrini "Küfrün mahiyyəti yalan, imanın mahiyyəti sidqdir. Bu bürhan (dəlil) kafi deyilmi ki, həyatımızın bəqası (davaiyyəti) iman, sidq və təsanüdlə (köməkləşmə) davam edir?!" sözü ilə möhkəmləndirir. Bu cavab sizə nə ifadə edir, fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

  • Sidq deyiləndə daha çox doğru söz və həqiqətə müvafiq bəyan ağıla gəlir. Əslində isə sidq doğru sözlə yanaşı, doğru davranışı da əhatə edir, hər cür uydurma söz və davranışdan təmizliklə də səsləşir və insanın daxili-xarici, gizli-açıq hər halını eyni müstəvidə götürməsi, gerçəyi əks etdirməyən hər şeyə qarşı münasibt göstərib həyatını doğruluq ətrafında planlaması mənalarına gələn daha əhatəli bir təbirdir. Nurların müəllifi deyir: "Müsəylimeyi-əsfəli-safilinə salan kizb, Muhammədül-Əmin əleyhissəlatu vəssəlləmi əlayi illiyinə yüksəldən sidqd və doğruluqdur". (01:14)
  • Sədaqət və dürüstlükdə zirvədə olan, xəyal, təsəvvür, duyğu, düşüncə, hətta mimikalarına qədər bütün hal və rəftarı ilə doğruluğa yönəlmiş haqq qəhrəmanları isə "siddiq" ünvanı ilə anılır. Qəlbi ilə sözü bir, insanların etibbarını qazanmış bu qəhrəmanlar çox səmimi, xalis niyyətli və olduqca dürüst insanlardır. Rəsuli-Əkrəmi (sallallahu əleyhi və səlləm) və onun gətirdiyi bəyanları təsdiq etməkdə tayı-bərabəri olmayan, ilahi dəvətə tərəddüdsüz və ürəkdən iman edən və ileyi-kəlimətullahı həyatının qayəsi bilən sadiqlərin piri Həzrəti Əbu Bəkirdir (r.a.). Əslində səhabələrin hər biri sədaqət qəhrəmanıdır, ancaq bu karvanın sarbanı və sədaqət bayrağının bayraqdarı Həzrəti Əbu Bəkirdir. Sadiqlik mərtəbəsi iman, ehsan, eşq və mərifət məqamlarından çox üstündür. (01:28)
  • Lüğətlərdə "yalan"a gerçəyə zidd, əsassız söz, həqiqətə uyğun olmayan fikir, olmayan bir şeyi var kimi göstərmə, ya da bir insanın məlumatı, düşüncəsi, qənaətini qəsdən natamam şəkildə çatdırması kimi müxtəlif təriflər verilmişdir. Bəlağət elmində yalanla bağlı bir tərif də var ki, diqqətçəkən və tükürpərdicidir. Bu pzrizmadan yalan Allahın bildiyi bir şeyin əksini demək və bir məsələnin Cənabi-Haqq dərgahında daşıdığı keyfiyyətə zidd söz uydurmaqdır. Məsələn, Haqq qatında saleh bəndə sayılan yaxşı bir insanı alçaltmaq və pis adam kimi təsvir etmək, yəni bir mənada “Allah qatındakı deyil, mənim dediyim doğrudur!.." demək ədəbsizlik və küfrə yaxın qorxunc əməldir. (02:44)
  • Təkvini (yaradılışla əlaqədar) əmrlər yüz minlərlə dillə Cənabi-Haqqı təsdiq etməkdə, kainatdakı hər varlıq öz lisanı ilə Cənabi-Haqqı zikr etməkdədir. Səmadakı ulduzların hər biri bir ayədir, dəryadakı balıqlar da... Bütün məxluqat R. M. Əkrəmin ifadəsi ilə "Böyük bir kitabullahdır sərasər (başdan-başa) kainat / Hansı hərfi yoxlasan mənası Allah çıxar" həqiqətini hayqırmaqdadır. Bundan başqa, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bənzərsiz əxlaqı, kamil təmsili, saysız-hesabsız möcüzəsi ilə Ən Uca Həqiqəti car çəkməkdədir. Bütün bu dəlillər göz önündə ola-ola Allahı inkar etmək yalan danışmaq deməkdir. (03:12)
  • Dürüstlük sarayının sultanı Rəsuli-Əkrəm də düzlüyü və etibarı sayəsində bir çox könlün qıfılını rahatlıqla açmışdı. Əbu Cəhil, Ütbə, Şeybə və Ümeyyə kimi küfrün atamanları belə "Vallah biz bu adamın yalan damışdığını heç görməmişik" demək məcburiyyətində qalmışdılar. Əbu Cəhil: "Əslində bilirəm ki, O, peyğəmbərdir. Lakin çoxdan Haşimilərlə aramızda rəqabət var. Onlar “Rifayə, siqayə (həccə gələnləri yedirib içirmə kimi şərəfli vəzifə) bizdədir” deyə qürrələnirlər. Bir də “peyğəmbər də bizdən çıxdı” desələr bax, buna tabım olmaz," deyirdi. (04:12)
  • Həzrəti Ustad, "Qısa müddətlik küfrün əbədi Cəhənnəmlə cəzalandırılması ədalətlidirmi?" sualına cavab verərkən deyir: "Qətl və küfr təxribat və təcavüzkarlıq olduğu üçün digərlərinə təsir edir. Bir dəqiqə ərzində görülən qətl qatili öldürülənin heç olmasa 15 ilini qəsb etdiyi üçün elə o qədər müddətə də həbs olunur. Bir dəqiqəlik küfr, min bir İlahi əsmanı inkar, naxışlarını (əsmanın təcəllilərini) təhqir, kainatın hüququna təcavüz, mükəmməlliyini inkar, hədsiz tövhid dəlillərini təkzib və şahidliklərini rədd etmək olduğu üçün, bununla kafir min ildən çox əsfəli-safilinə düşür, خَالِدِينَ - da (Əbədi qalacağınız... “Nisa” surəsi, 4/169) həbsə məhkum edir" (28-ci Lema, On doqquzuncu nöqtə) (06:17)
  • Bədiüzzaman həzrətlərinə aid "İslamiyyətin əsası sidqdir. İmanın xüsusiyyəti sidqdir. Kamilliyə aparan yol sidqdir. Ali əxlaqın tuhu sidqdir. Tərəqqinin mehvəri sidqdir” bu ifadədə keçən “sidq” sözü sədaqət mənasında götürülmüş, bununla möminin həm şəxsi, həm ictimai tərəqqisinin söz, hərəkət və davranışlarında doğruluğa üstünlük verməsindən, səmimi niyyətindən, həmçinin Allaha sadiq bir bəndə kimi mövqeyində sabitqədəm olmasından asılı olduğu vurğulanmışdır. Bəli, şəxsi həyatında təzadlar əskik olmayan, tez-tez dəyişən isanlar qarşı tərəfdə şübhə oyadır, "Görəsən hansı davranışı doğrudur? Hansına inanaq, hansı hərəkətini əsas götürək?" kimi fikirlərin ortaya çıxmasına səbəb olur. Fikrində sabit olmayan etibarsız insanlar rəhbər ola bilməzlər. (06:51)
  • Həzrəti Pir Cənnət məkan Yavuz Sultan Səlimin, "Millətimdə ixtilafü-təfriqə əndişəsi / Guşeyi-qəbrimdə hətta biqərar eylər məni / İttihadkən sövləti-ədayi dəfə çarəmiz, / İttihad etməzsə millət, dağidar eylər məni” misralarını iqtimas edərək təsanüd (yardımlaşma, köməkləşmə), vifaq və ittifaqın əhəmiyyətini təqidlə vurğulamış, ixtilafın ən böyük mərəz olduğunu, əksinə tərəqqinin ən mühüm əsasının vifaq və ittifaq olduğunu bildirmişdir. (08:38)
  • Qurani-Kərimin həyat düsturu “Yaxşılıq etməkdə və (Allahın qadağan etdiyi) pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (“Maidə”, 5/2) ayədə buyurduğu kimi, təavün və təsanüddür (köməkləşmə, yardımlaşma). Bəli möminlər dini yaşamaq və yaşatmaqda bir-birlərinə kömək etməli və bir-birinə arxalanaraq dini yaşamağa çalışmalıdırlar. Hədisin ifadəsi ilə desək, "bünyani-mərsus (möhkəm bina)" kimi, qurğuşunla pərçimlənmiş saray kimi, qübbədəki daşlar kimi bir və bərabər olmalıdırlar. Çünki vifaq və ittifaq Cənabi-Allahın inayətini səsləməkdir. (09:15)
  • Digər dinlərin pozulması dinsizliklə, bilavasitə Allahı inkarla baş verdi, müsəlmanları isə İslamiyyətdən münafiqlik uzaqlaşdırdı. (11:18)
  • İnanmaya-inanmaya özünü inanclı göstərmək, əqidə və düşüncə etibarilə münkir (inkar edən) ola-ola başqa cür hərəkət edib, başqa fikirləri müdafiə etmək, vəziyyətə görə hərəkət edib iki üzlülük etmək mənasına gələn "nifaq" fərdi, ictimai bir riyakarlıq və ruhi mərəzdir. Bu xəstəliyə yoluxmuş mürai və münafiq yer və şəraitə görə “rəngini” dəyişir və o rəngarəng davranışları ilə bir neçə cür həyatı birgə sürdürür. Açıq şəkildə diyanətə, müqqəddəs dəyərlərə hucum çəkən din, iman düşməninin əksinə, o, özünü dini, milli dəyərlərə hörmət edən insan kimi göstərərək möminləri aldatmağa çalışır.. onun işi hiyləgərlikdir, müasir dillə desək “təqiyyə”dir.. lazım olanda hər kəsə qucaq açır, ələ fürsət keçən kimi arxadan vurmaqdan çəkinmir. Odur ki, münafiq dinə, imanə, Qurana düşmən münkirdən daha təhlükəlidir. (12:18)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) hədislərində münafiqin əlamətlərini sıralayır: “Ona bir şey əmanət etsən, xəyanət edər. Ağzını açsa, yalan danışar. Əhd etsə, əhdini pozar, söz versə, sözündən dönər, yalandan vəd verər. Tərəfdarlığı həddi aşıb haqsızlıq etmək, mübahisə, döyüş, düşmənçilikdən ibarətdir. Bəli, Nəbilər Sərvəri (s.ə.s.) münafiqin xüsusiyyətlərini sıraldıqdan sonra buyurur: "Kimdə bu xüsusiyyətlər olsa, o, əsl münafiq olar. Kimdə bu xüsusiyyətlərdən biri varsa, ondan əl çəkənədək həmin adamda münafiqlik əlaməti getməz". Bədiüzzaman həzrətləri: "Yalan bir ləfzi-kafirdir" sözü ilə bu həqiqəti bir başqa şəkildə ifadə etmiş, yalanın küfrün əsası, nifaqın birinci əlaməti saymış, möminləri xəbərdar edərək küfrün dostu kizbdən uzaq durmağa səsləmişdir. (13:04)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.