Ticarət Körpüsü və "Həqiqət Toxumları"

Sual: İslamiyyətin, xüsusilə də, bəzi bölgələrdə yayılmasında müsəlman tacirlərin rolunu da nəzərə alsaq, amalımızın dünyanın hər yanına çatdırılmasında və bizə xas dəyərlərin hər kəsə tanıdılmasında müasir iş adamlarının vəzifələri nələrdir? Həm dünya, həm də üqba ticarətində uğur qazanmaq üçün bir tacir əvvəla hansı xüsuslara diqqət yetirməlidir?

  • Bildiyimiz kimi, İslamiyyət Afrika, Çin, İndoneziya, Yaponiya və dünyanın bir çox yerlərinə tacirlər vasitəsi ilə yayılmışdır. Ticarət üçün dünyanı gəzib dolaşan müsəlmanlar dürüst ticarət əxlaqı nümayiş etdirərək nümunə olmuş və tanış olduqları insanlarda özlərinə, həmçinin İslamiyyətə qarşı heyranlıq oyandırmışlar. (01.03)
  • Bu yolun yolçuları ürəyi qidalandıran damarların müxtəlifliyini əsas götürərək çoxdamarlı fəaliyyətlərə bölünməli və müxtəlif kanallarla, alternativ yollarla dünyaya açılmalıdırlar. Bu baxımdan, təhsil fəaliyyətləri damarlardan biri olduğu kimi, ticarət əlaqələri də başqa bir alyernativ yol kimi dəyərləndirilməlidir. (02.23)
  • Əgər “Tuskon” (Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyası) kimi təşkilatlar dünyaya yayılan təhsil könüllüləri ilə ələlə verib etibarlı tacir, sənayeçi və iş adamlarına rəhbərlik edərək həm əcnəbi təşəbbüskarların gözəl insanımızla tanış olmasına, ölkəmizə sərmayə qoymasına, həm də bizim tacirlərimizin müxtəlif ölkələrə gedib oralarda iş sahələri açmasına vəsilə olsalar, əlbəttə, millətimizin gözəlliklərinin və bizə xas dəyərlərin dünyaya çatdırılmasında böyük iş görmüş olarlar. (06.01)
  • İnsanları inandırma mövzusunda ən təsirli yol qərarlılıq və doğru davranışlarda dəyişməzlikdir. Beləliklə, dürüst iş adamlarımızın dünyanın müxtəlif yerlərinə hicrət etmələri müsəlmanlığın gözəlliklərinin tanıdılması baxımından da çox əhəmiyyətlidir və onlar hicrət savabı ilə yanaşı, İslamiyyəti təmsil etmə savabını da alar, üstəlik ticarət vəsiləsi ilə də ibadət savabı qazanarlar. (08.25)
  • Əfəndimiz (s.ə.s.) bir satıcının tərəzidə çəkisi ağır gələn nəmli buğdanı satmağa çalışdığını görüncə: "Nə üçün nəmli buğdanı üstə çıxarmadın?" deyərək onu xəbərdar edir və: "Aldadan bizdən deyil" buyurur, xarab malı gizləyib satmanın müsəlmana yaraşmadığını və bu pulun da halal olmadığını bildirir. (12.53)
Sual: Bir insanın iş sahəsindəki xarakteri ilə dini həyatdakı xarakterini birbirindən ayrı götürmək olarmı? Başqa sözlə, bir möminin alverdə etdiyi səhvləri xatırladanda: "Bu mənim ticarətimdir, dindarlığıma zərər verməz" deməsini tutarlı və məntiqli qəbul etmək olarmı? (16.56)
  • Keçmişdə borcunu biləbilə ödəməyən bir nəfərə, borc verənin şikayətinə görə, xatırlatma mahiyyətli iki sətirlik bir məktub yazmış və ondan uzun bir cavab almışdım. Məktubda: "Mən o borcları filan şəxs olaraq deyil, tacir olaraq almışdım" yazırdı. Halbuki, insanın belə "iki şəxsiyyətli" olması ayənin ifadəsi ilə "iki ürək" daşıması qeyrimümkündür, dində belə bir ziddiyyətin yeri yoxdur. (17.20)
  • Müsəlmanlıq müamilədən ibarətdir. (19.10)
Sual: Xüsusilə Orta Asiya ölkələrinə gedən iş adamlarından bəziləri oralarda etdikləri ticari xətalarda millətimizin imicini qaraltdılar və etibarlı tacirlərimizin də işlərini çətinləşdirdilər. Bu baxımdan, müxtəlif ölkələrdəki təhsil nümayəndələrinin rəhbər iş adamlarını özlərinin seçməsi doğru olarmı? (20.45)
  • Türkiyədən gedən bir qisim insanlar Özbəkistan və Türkmənistan kimi ölkələrdə çox pis təəssürat oyatdılar və millətimiz haqqında mənfi imicin meydana gəlməsinə səbəb oldular. Onlar səhvləri üzündən mənfi rəftar gördülərsə, bu günahsız insanlara da təsir etdi. (21.08)
  • Dünyaya doğru insanları tanıtmaq lazımdır. Ölkə xaricində fəxri elçilərimiz olan pedaqoqlarımız o ölkələrin insanlarını niyyətindən şübhə etmədikləri şəxslərlərlə tanış etməli, onları etibarlı əllərə yönəltməli və beləcə həm dürüst iş adamlarımızın qazanmalarını, həm də o ölkələrin insanlarının aldanmamalarını təmin etməlidirlər. Çünki o insanların aldadılması oradakı yoldaşlarımızın, müəssisələrimizin, millətimizin və dinimizin etibarına xələl gətirər. Halbuki, biz bu yıxılmış etibarı ayağa qaldırmaqla mükəlləfik. (22.12)
Çay Süfrəsində “Həqiqət Toxumları”(25.08)
  • Şəhadət aləmi qeyb aləminin üstündə təntənəli bir pərdədir. (25.18)
  • Alim mürşid qoyun olmalı, quş olmamalıdır. Qoyun quzusuna süd, quş balasına qusuntu verir. (26.15)
  • Ac canavara sevgi göstərmək mərhəmətini deyil, iştahını açar. Həm də diş və dırnağının haqqını istər. (27.58)
  • Toplumda möhkəm birlik olmazsa, çoxalma və artma kəsrlərin vurulması kimi kiçilməyə gətirib çıxarar. (29.30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.