198-ci nəğmə: “Həqiqi “Quran müsəlmanlığı” necə olur?”

Həqiqi Quran müsəlmanlığı necə olur?

Tez-tez – bir çox media orqanlarında da müşahidə etdiyimiz kimi – bəzi insanlar dinə aid məsələləri “Bu Quranda yoxdur!” deyib inkar edirlər. Hətta dini biliyi olmayan bəzi çoxbilmişlər cürətlə “Quranın məalını oxumuşam, belə bir şeyə rast gəlməmişəm” deyib öz cahilliyini, nadanlığını nümayiş etdirirlər.

Ötən söhbətlərin birində Fəthullah Gülən Xocaəfəndi “Quran müsəlmanlığı” adlı bir görüşdən bəhs etmiş üsuliddin üləmasının “Hədisin Qurana ehtiyacından çox, Quranın hədisə ehtiyacı var” dediyini vurğulamışdı. Son söhbətdə bu məsələni təkrar izah etməsini və sələfi-salehinə aid olan bu sözün mənasını açıqlamasını xahiş etdik.

Söhbətdən qeydə aldığımız sətirləri sizə təqdim edirik. Ayrıca söhbətin video yazısını da aşağıdan izləyə bilərsiniz:

  • Bir mənada hamımız Quran müsəlmanlarıyıq. Çünki Onun nuru aramsız həyatımıza süzülür və bizi bəsləyir. Bəli, şah damarımız, havamız və işığımız Qurandır. Əbədi həyatımızın dirəyi Qurandır. Quran bizim şəxsi, ailəvi, ictimai, iqtisadi, siyasi və inzibati həyatımızı tənzim edən qanunlar külliyyatıdır; məzmunundakı dua, zikir, fikir və minacatları ilə seyri-süluk rəhbərimizdir. Üstəlik O, başda sünnə olmaqla digər şəri dəlillərin əsas istinadgahıdır.
  • Halbuki bu gün “Quran müsəlmanlığı” deyəndə sünnə və digər ədilleyi-şəriəni (şəri dəlillər) bir kənara ataraq İslamiyyəti yalnız Quranla izah etməyi özünə prinsip seçən bir anlayış nəzərdə tutulur. O baxımdan sözügedən anlayışın bu cür adlandırılması heç də məsum sayılmamalıdır.
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallalahu aleyhi vəsəlləm) Quranla nəfəs alırdı. Əshabi-kiram həll edə bilmədikləri məsələləri Hikmətin Lisani-Fasehinə (aleyhi əkməluttəhaya vəttəslimat) soruşardılar. Şəxsən Peyğəmbərimizə bir çox sual verilir, həll olunası bir çox məsələ, ümməti ilə əlaqədar dini, ictimai, iqtisadi, siyasi bir çox problem gətirilirdi. Bəyan Sultanı qəlbi-paki və lisani-nəzihi ilə onları cavablandırıb problemləri həll edir, qaranlıq qalan məsələləri izah edirdi. Quranda keçən bir çox ümumi hökmləri xüsusiləşdirir (mütləqi təqyid), xüsusi əmrləri ümumiləşdirirərək (müqəyyədi itlaq) Quran ayələri ilə yanaşı, özünə aid söz və bəyanlarının nüfuzunu da ortaya qoyurdu. Məsələn, Quranda icmali surətdə keçən namazı ona aid bütün rükn, şərt, sünnə və ədəbi ilə; həcci ifrad, qıran, təməttüsü ilə; zəkatı nisab, növ və üsulu ilə hərtərəfli izah edərdi. Bəzən də Quranda bir kəlməlik də toxunulmayan məsələlərə dair müstəqil surətdə hökmünü verərdi.
  • Ona görə də bugünədək din və dini həyata əsas təşkil edən Sünneyi-səniyyə həmişə Quranla birlikdə mütaliə edilmişdir. Elə isə nə onu Qurandan, nə də Quranı ondan təcrid etmək mümkündür. Vəhyi-qeyri-mətluv olan hədisləri sıradan çıxarmaq və onu vəhyi-qeyri-mətluv olan Qurandan qoparmaq da bir mənada Quranı məchur (tərk edilmiş) vəziyyətdə qoymaq deməkdir. Cənabi-Allahın bəyanını Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimizin sünnəsini hesaba almadan mütaliə etmək, bir mənada Allahın Elçisinin vəhyə söykənən izahlarının yerinə bəşəri və nəfsani şərhləri qoymaq deməkdir. Bu, eyni zamanda İlahi Kəlamın Rəsulullala ittibaya dair əmrləri görməzliyə vurmaqdır və bu cür bir anlayışı “Quran müsəlmanlığı” saymaq mümükünsüzdür.
  • İslam üləması dini dəlilləri iki kateqoridə mütaliə etmişlər: birincisi, əsil dilillər - Quran, Rəhbəri-əkməlin söz, feil və təkrirlərindən ibarət olan Sünnə, İcma və Qiyas. İkincisi isə fəri dəlillər - Məsləhət, Örf, İstehsan, İsteshab, Şəru-mən qəblənə və Səhabe sözü.
  • Bütün bu dəlilləri hesaba almadan Quranın ənginliyini qavramaq mümkün deyil. Qurani-Kərimi düzgün anlamaq üçün onu Sünnənin rəhbərliyində oxumaq, həmçinin ayələrin təsbit edilməsindən onların həqiqi mənalarının təyin edilməsinə qədər bir çox məsələdə ilahi təqdirə nail olan əshabi-kiramın müştərək fikirlərinə və onların təfsirlərinə vaqif olmaq lazımdır.
  • Görünür ki, “Quran müsəlmanlığı” deyənlərin bir vaxtlar bir Quran düşməninin onun əleyhinə dəhşətli planlar hazırladığı kimi, “Quran tərcümə edilsin, “qiyməti” üzə çıxsın(!)” dediyi kimi və əsli yerinə tərcümənin yayılmasını istədiyi kimi gizli məqsədləri var. Zahiri görünüşdən İlahi Kəlama inanan və ona rəğbət göstərən insanlara bənzəsələr də, Quran dəllalığı libasına bürünərək hədisləri, sünnəni və digər şəri dəlilləri sıradan çıxaramağa çalışırlar.
  • Bu və buna bənzər məsələləri nəzərə alanda “Quran müsəlmanlığı” ifadəsinin və bu ifadə ilə ortaya atılan anlayışın yaxşı niyyət daşıdığına və Qurana ehtiram hissindən ortaya çıxdığına inanmıram. Düşünürəm ki, bu anlayışa xidmət edənlərin əksəriyyəti fantaziyalara qapılan, qeyri-adilik nümayiş etdirmək istəyən, hətta bəziləri meqalomaniya xəstəsi olub fərqlilik ortaya qoyaraq özünü sübüt etməyə çalışan insanlardır.
  • Üstəlik “Quran müsəlmanlığı” məfhumunu ortaya atanların müsəlmanlığa verdikləri tərif və düşüncələr biri o birinə uyğun gəlmir. Onsuz hisləri pak və qəlbi təmiz olmayanların eyni fikirdə olması mümkünsüzdür. Çünki mərkəzdən və əsas yoldan ayrılanın kənar yollara girməsi qaçılmazdır. Belə ki, Cənabi-Allah buyurur: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın!” (“Ənam” surəsi, 6\153). Bəli, Qurani-Kərimi və İslamı səhabeyi-kiramın anladığı və yaşadığı kimi qəbul etməyənlər azıb ağla-xəyala gəlməz yollara girməsi qaçılmazdır. Zira hamı ağlına və həvaü-həvəsinə uyub özünə bir yol cızar, doğru düşüncədən uzaqlaşar.
  • Xülasə, əsl “Quran müsəlmanlığı” Həzrəti-Ruhi-Seyyidil-Ənam (aleyhi əlfü əlfi səlatin və salam) Peyğəmbərimizin Quran ayələri ilə yanaşı, öz kəlamları ilə də təbliğ etdiyi, özü kimi insani-kamilliyə müvafiq keyfiyyətdə mükəmməl bir təmsillə ortaya qoyduğu və əshabi-kiramın da Ondan öyrənib əməl etdikləri müsəlmanlıqdır. Sələfi-salehinin əsil və fəri dəlilləri də hesaba alaraq müəyyən bir çərçivəyə qoyulan bu İslam anlayışını bir kənara atıb həvaü-həvəsinə fikir donu geydirib İlahi kəlama sahib çıxdığını iddia edənlərin gördüyü işə yalnız bir ad vermək olar – Qurani-Kərimi məhcur etmək, Onu tənha qoymaq.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.